Tramp: ABŞ İrandakı əməliyyatı 70-75% tamamlayıb
15 May 16:37
4 Aprel 2020 21:00
2 520
"Naxçıvan Qarnizonu Qoşunlarının 2020-ci tədris ilinə uzlaşma planı"na əsasən artilleriya bölmələri ilə gecə şəraitində döyüş atışlı taktiki təlim keçirilib.
Müdafiə Nazirliyinin verdiyi xəbərə görə, artilleriya bölmələri daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına hərəkət edərkən verilən müdaxiləyə uyğun olaraq hərəkətdən birbaşa döyüş düzülüşünə açılıb, atəş mövqelərini və müşahidə məntəqələrini tutaraq döyüş tətbiqinə hazırlanıb.
Təlimdə şərti düşmənin fəaliyyəti gecəgörmə imkanlarına malik kəşfiyyat vasitələri ilə izlənilib.
Atəş mövqeyi rayonlarından işıq təminatı ilə bərabər planlı və plandankənar hədəflərə döyüş atışları icra edilib.
Məhdudgörmə şəraitində keçirilən təlimdə qarşıya qoyulmuş məqsədlərə nail olunub.
10:39
1 064
15 May 18:39
1 449
15 May 18:37
1 358