Aİ Meta və TikTok-u Şəffaflıq Qaydalarını pozmaqda ittiham edir
24 Oktyabr 18:19
24 Oktyabr 18:19
24 Oktyabr 17:44
24 Oktyabr 13:53
1 May 2020 18:12
1 995
Təhsil Nazirliyi ilə Dövlət İmtahan Mərkəzi birgə məlumat yayıb.
Məlumatda deyilir:
"Məlum olduğu kimi, Nazirlər Kabinetinin 01 may 2020-ci il tarixli sərəncamına əsasən, Azərbaycan Respublikasının ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə 2020-ci il mayın 4-dən mayın 31-dək Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb.
Bu qərara uyğun olaraq, Təhsil Nazirliyi və Dövlət İmtahan Mərkəzi ümumtəhsil müəssisələrində yekun qiymətləndirmələrin və monitorinqlərin aparılması, birinci sinfə qəbulun təşkili, təhsilalanların bir sinifdən digərinə keçirilməsi, buraxılış və qəbul imtahanlarının təşkili, ali təhsil müəssisələrində və təhsilin digər pillələrində yay imtahan sessiyalarının təşkili, habelə dövlət qulluğuna qəbul və müəllimlərin işə qəbulu imtahanlarının keçirilməsi vaxtı, formatı və qaydalarına dair məlumatı növbəti həftə ərzində ictimaiyyətə təqdim edəcək.
İyunun 1-dən sonra təhsil müəssisələri yalnız yuxarıda qeyd olunmuş istiqamətlər üzrə tədbirlərin keçirilməsi üçün məhdud şəkildə fəaliyyət göstərə bilər. Tədris ilinin sonunadək təhsil müəssisələrində dərslərin keçirilməsi nəzərdə tutulmur".
25 Oktyabr 16:43
1 050
25 Oktyabr 13:34
1 169
25 Oktyabr 10:48
1 414