9 Sentyabr 23:45
9 Sentyabr 23:12
ARDNF aparıcı suveren investorlarla Çin-ASEAN Birgə İnvestisiya Şurasını təsis edib
Rütte: NATO Hörmüz boğazının minadan təmizlənməsində iştirak etmir
Azərbaycanda qida təhlükəsizliyinin təmin edilməsinə dair Dövlət Proqramı təsdiq edilib
Prezident Azərbaycanla BMT arasında imzalanmış Töhfə Sazişini təsdiq edib
2 İyul 2020 13:07
2 499
Prezident İlham Əliyev İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanunu təsdiq edib.
İnzibati Xətalar Məcəlləsində dəyişikliyə əsasən, epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə fiziki şəxslər 100 manat məbləğində, vəzifəli şəxslər 200 manat məbləğində, hüquqi şəxslər 400 manat məbləğində cərimə ediləcək.
Bundan əlavə, həmin əməllərin inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə fiziki şəxslər 200 manat məbləğində, vəzifəli şəxslər 400 yüz manat məbləğində, hüquqi şəxslər 800 manat məbləğində cərimə ediləcək.