Ukrayna nümayəndə heyəti Əbu-Dabidə avropalı tərəfdaşlarla görüşəcək
Misir Səudiyyə Ərəbistanına hərbi yardım göstərdiyini təsdiqləyib
Əmək məzuniyyətinin pul kompensasiyası ilə əvəz edilməsinin səbəbi açıqlanıb
Hulusi Kılıç: Türkiyə ilə Azərbaycan regionda sülhün və sabitliyin təmin olunmasının qarantıdır
4 Avqust 2020 18:38
3 640
Milli Televiziya və Radio Şurasının (MTRŞ) videoformatda iclası keçirilib.
İclasda 20 – 31 iyul 2020-ci il tarixlərində ümumölkə televiziya kanallarının monitorinqinin nəticələri müzakirə olunub.
23 iyul 2020-ci il tarixdə “Space” televiziya kanalının efirində saat 19.00 – 20.00 arası müddətdə 20 dəqiqə 48 saniyə reklam yayımlanması ilə “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununun 35.7-ci maddəsinin tələbləri pozulmuşdur. Şura həmin Qanunun 23.1-ci maddəsini rəhbər tutaraq “Space” televiziya kanalının efirində 10 avqust 2020-ci il tarixdə proqramların yayımının 3 saatlıq müddətədək (saat 08:00-dan saat 11:00-dək) dayandırılması haqqında qərar qəbul etmişdir.