Tramp: Amerikalılar İranla müharibənin əleyhinə deyillər
22 İyul 18:42
22 İyul 18:42
22 İyul 16:46
25 Avqust 2020 12:06
1 974
Bakıda polis karantin qaydaları ilə bağlı növbəti reyd keçirib.
Reydlər paytaxtın Nərimanov rayonu ərazisində keçirilib. Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən reydlər zamanı rayon ərazisində fəaliyyət göstərən "Euro Tech" MMC, "Müasir Psixologiya Mərkəzi” MMC, "Salar" MMC, "Azərgöktel" MMC, "Marmara İnşaat” MMC, "Sani" Firması, "Hijama Cupping Center" MMC, “Hecer Mehri Beauty Center" MMC və "Nobel Elektrik” MMC-də karantin qaydalarının pozulması faktı aşkarlanıb.
Polis əməkdaşları tərəfindən adıçəkilən şirkətlər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilərək baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib.
22 İyul 17:54
1 099
22 İyul 17:52
1 197
22 İyul 17:12
1 190