Müsavatdan daha bir istefa Hadisə

Müsavatdan daha bir istefa

Nüşabə Sadıqlı: "Müsavat rəhbərliyini İŞİD-lə müqayisə edən bir insandan istefadan başqa nə gözləmək olardı?!"

Müsavat Partiyası başqanının müavini Nüşabə Sadıqlı partiyanın Zəngilan rayon təşkilatının sədri Rüfət Əliyevin istefasına münasibət bildirib.
N. Sadıqlı APA-ya açıqlamasında deyib ki, R. Əliyev Müsavat rəhbərliyini İŞİD terror təşkilatına bənzədib: "O demişdi ki, Müsavat rəhbərliyində təmsil olunan insanlar İŞİD-in tərəfdarlarından pisdir. Bu cür müsavatçıdan istefadan başqa daha nə gözləmək olar ki? Müsavat Partiyasının rəhbərliyini İŞİD-lə müqayisə edən adamın özünü müsavatçı adlandırmağı düzgün deyildi. Ancaq yenə də mən buna təəssüflənirəm. O bildirir ki, Hikmət Hacızadənin olmadığı partiyada qalmaq istəmir. Hikmət Hacızadəni kimsə Müsavatdan çıxarmayıb. O, öz ərizəsi ilə istefa verib".