
                    
                    Gömrük komitəsinin sədri Aydın Əliyev Hacıqabulda  vətəndaşları qəbul edib. Gömrük komitəsinin sədri Aydın Əliyev Hacıqabulda  Şirvan şəhəri, Hacıqabul  və Kürdəmir rayonundan olan vətəndaşları qəbul edib.  Müraciətlər əsasən idxal-ixrac əməliyyatlarının həyata keçirilməsi ilə bağlı və gömrük orqanlarına işə qəbulla əlaqədar edilib. Bəzi müraciətlər yerində həll olundu, komitənin səlahiyyətlərinə aid olmayan digər müraciətlər isə aidiyyatı orqanlara çatdırılması üçün qeydiyyata götürülüb.