“Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır” Hadisə

“Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır”

Bahar Muradova: "Xaricdə və ölkə daxilində siyasi dəyərləndirmələrin verilməsi məqsədəuyğun deyi"

Aydın Mirzəzadə: "Jurnalist Xədicə İsmayıl deyil, vətəndaş Xədicə İsmayıl saxlanılıb"

Jurnalist Xədicə İsmayılovanın həbsindən sonra yenə də bir sıra beynəlxalq təşkilatlar öz amplualarına sadiq qalaraq hay-həşir salmağa başlayıblar. Azərbaycana qarşı ənənəvi bəyanatlar səsləndirən bu qurumlar bu həbsi "hökumətin onu tənqid edənləri susdurmaq cəhdi" adlandırıblar.
Milli Məclisin vitse-spikeri Bahar Muradova jurnalist Xədicə İsmayılovanın həbsinin etirazla qarşılanmasına münasibət bildirərkən deyib ki, "jurnalist Xədicə İsmayılovanın həbsi konkret şəxsin şikayəti ilə bağlıdır".
Onun sözlərinə görə, bununla bağlı ölkə xaricində və ölkə daxilində siyasi dəyərləndirmələrin verilməsi məqsədəuyğun deyil: "Bu, istintaqın gedişinə mənfi təsir göstərə bilər. Üstəlik, kiminsə kimdənsə narazı olması cəmiyyət üçün maraqlı deyil". Bahar Muradova bildirib ki, Azərbaycanda yüzlərlə, minlərlə belə konkret cinayət halları var ki, cəmiyyət onlarla maraqlanmır: "Bu onların arasında plan fərdi problemdir. Nəinki cəmiyyət, heç xarici dairələr, ABŞ Dövlət Departamenti bu məsələlərin olub-olmaması ilə bağlı narahat deyil. Ona görə də mən bu cür izafi yanaşmanı təəccüblü hesab edirəm. Bu addımları atanların hər biri müvafiq qurumların öz işini görməsinə mane olur".
Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə "jurnalist Xədicə İsmayıl deyil, vətəndaş Xədicə İsmayıl qanunun müəyyən maddələrini pozduğuna görə məhkəmə tərəfindən saxlanılıb",- deyə bildirib: "Gün ərzində tək Azərbaycanda deyil, bütün ölkələrdə də qanun pozuntusuna görə müəyyən insanlar vaxtaşırı saxlanılırlar. İndi bunu siyasiləşdirmək, bunu insan hüquqlarının pozulması kimi qələmə verməyin özü qanun pozuntusudur". Aydın Mirzəzadə bildirb ki, onun saxlamasından sonra Ermənistan tərəfi yenidən fəaliyyətə keçib: "Leyla Yunusda olduğu kimi, Xədicə İsmayılın da müvəqqəti saxlaması zamanı Ermənistan yenə də xüsusi fəallıq göstərməyə çalışır. Bu zaman Xədicə İsmayılın Azərbaycandakı fəaliyyətində kimin maraqlı olması məsələsi orataya çıxır. Son dövrlər xaricdən müəyyən dairələr Azərbaycanın daxili işlərinə qarışmağa çalışırlar. Onlar Azərbaycanın daxilində gedən prosseslərə operativ sürətdə cavab verməyə çalışırlar. 3 Azərbaycan vətəndaşı Kəlbəcərə öz ata-baba yurdlarına gedir, biri öldürülür, ikisi üzərində məhkəmə qurulur. Amma nədənsə xaricdəki bu gün üzə çıxanlar buna münasibət bildirmirlər. Bir milyon iki yüz min qaçqınımız var, Azərbaycanın ərazi bütövlüyü pozulub amma nədənsə buna münasibət bildirmirlər. Ancaq bir nəfərin müvəqqəti saxlanması ilə bağlı böyük bir ajiortaj qaldırılır. Bu şəxs onlarda niyə belə maraq doğurur? Pozuculuq fəaliiyyətinə görə maraq doğurur. Mənbəsi məlum olmayan böyük pullara sahib olaraq Azərbaycanda böyük bir şəbəkə yaratdığına görə onun saxlanması belə bir maraq doğurur. Xaricdə Azərbaycanla bağlı yalan məlumatlar yaydığına görə də onun saxlanması xarici dairələrdə böyük maraq doğurur. Onlar Xədicə ismayılı müdafiə etməyə çalışırlar. Qanun Azərbaycanda hamı üçündür. Hərkəs bu qanunlara riyət etməlidir". Daha sonra A. Mirzəzadə qeyd edib ki, Xədicə İsmaylın jurnalist fəaliyyəti ilə məşğul olduğuna görə ona hər hansı bir irad yoxdur: "Azərbaycanda 20 minə yaxın jurnalist var. Gün ərzində hakimiyyətə sağdan və soldan, obyektiv və qeyri-obyektiv qiymət verən kifayət qədər mətbuat orqanları var. Amma onlara buna görə heç kəs təzyiq etmir. Xədicə İsmaylın müdafiəsinə qalxanlar onun hansı maddə ilə tutulduğunun və irəli sürülmüş ittihamların bu maddəyə uyğun gəlib-gəlmədiyi üzərində düşünməlidirlər. Ümumi sözlərlə müdafiəyəyə qalxmaq artıq müdafiənin özünün zəif olduğunu və Azərbaycanı ittiham edənlərin arqumentlərinin zəif olduğunu göstərir".

Əli