“Avropa İran cəbhəsinə girmir”
19 Mart 23:01
19 Mart 23:01
19 Mart 22:25
19 Mart 21:47
19 Mart 21:43
22 Yanvar 2021 11:49
1 729
Azərbaycanla Türkmənistan arasında "Dostluq" yatağının birgə işlənməsi Xəzər dənizində kəşfiyyat üçün daha çox imkanlar yaradır.
Bunu Trend-ə Norveçin "Rystad Energy" tədqiqat və konsaltinq şirkətinin baş analitiki Svapnil Babele deyib.
O bildirib ki, bu yataq Azərbaycanın nəhəng "Azəri-Çıraq-Günəşli" (AÇG) yatağının yaxınlığında yerləşir və bu, Türkmənistana öz karbohidrogen ehtiyatlarını Azərbaycanın mövcud strukturları ilə nəql etməyə imkan verəcək.
Ekspert əlavə edib ki, Azərbaycanın dəniz yataqlarının işlənməsi üzrə təcrübəsi var:
"Azərbaycanda da, Türkmənistanda da maye karbohidrogenlərin hasilatının azalması müşahidə olunur və bu layihə onlara qısamüddətli perspektivdə hasilatı dəstəkləməyə imkan verəcək. Bu saziş Trans-Xəzər boru kəməri üzrə yeni danışıqlar üçün də mühit yaradacaq, Türkmənistan üçün yeni qaz bazarlarına yol açacaq".
11:45
567
10:27
714
20 Mart 09:46
1 456