
BMT-də islahatların aparılmasının vacibliyi bu günün mövzusu deyil. Zaman-zaman bu qurumda islahatların zərurət olduğu müxtəlif dövlət rəhbərləri və rəsmilər tərəfindən səsləndirilib. Hələ ötən il Tramp administrasiyası təşkilatda islahatların aparılmasını gözlədiyi üçün BMT-yə ödənişləri müvəqqəti dayandırıb.
ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Mayk Uolts deyib ki, ABŞ-ın təzyiqi altında BMT-nin Baş katibi Antonio Quterres dünya təşkilatının büdcəsini 15% azaltmağa razılaşıb ki, bu da heyətin 18% və sülhməramlıların 25% ixtisarına səbəb olur
Həmin il Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev BMT Təhlükəsizlik Şurasında islahatların aparılmasına ehtiyacın olması barədə danışarkən deyib: "“Daimi beşlik”dən (ABŞ, Böyük Britaniya, Fransa, Rusiya və Çin) kənarda daha çox səsin daxil olması üçün islahatlara ehtiyac var. O qeyd edib ki, islahatlar aparılarsa, BMT müxtəlif regional problemləri daha yaxşı həll edə biləcək.
BMT Baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik, da Birləşmiş Millətlər Təşkilatında genişmiqyaslı islahatlar aparılacağını deyib.
"Baş katib mühüm islahatların aparılması məqsədini elan etdi. İslahat yalnız pula qənaət etməyi deyil, həm də daha səmərəli olmağı nəzərdə tutur", - Düjarrik qeyd edib.
Ötən gün Hindistanda keçirilən BRİKS sammitində təşkilatın Baş katibinə Antonio Quterreş BRİKS sammitinə ünvanladığı müraciətdə də deyib ki, BMT-də mövcud geosiyasi şərtləri əks etdirmək üçün islahat olmalıdır.
"Bu günün iqtisadi, demoqrafik və geosiyasi reallıqları 1945-ci ildəki vəziyyətdən fərqlənir. Bizim strukturlarımız da bunu əks etdirməlidir. Bu sammitdə təmsil olunan ölkələr dünyadakı reallıqların nə dərəcədə dəyişdiyinin göstəricisidir. Biz getdikcə daha sürətlə çoxqütblü dünyaya doğru irəliləyirik", - Quterreş bildirib.
Mövzu ilə bağlı qəzetimizə danışan politoloq Çingiz Şahbazi deyib ki, BMT Baş katibi Antonio Quterreşin BRİKS sammitindəki müraciəti, əslində təşkilatdakı mövcud böhranın etirafıdır. Burda əsas məqsəd 1945-ci ildə yaradılmış dünya nizamının, artıq 2026-cı ilin reallıqlarına cavab vermədiyinə diqqətləri çəkməkdən ibarətdir və bundan dolayı dünyanın düşdüyü durumdan çıxış yolu olaraq islahatların aparılmasında problemin həlli yolunun axtarılması lazımdır.
"Söhbət sadəcə BMT-nin strukturlarında texniki dəyişikliklərdən getmir. Bilirsiniz ki, 1945-ci ildə BMT yaradılarkən dünya faktiki olaraq ikinci dünya müharibəsinin qalibləri arasında quruldu. ABŞ, SSSR (Rusiya),Çin, Böyük Britaniya və Fransa Təhlükəsizlik Şurasının daimi üzvü oldular və veto hüquqları var. İndi o zamandan 80 ilə yaxın vaxt keçir və dünya kökündən dəyişib və proses daha da dərinləşməkdə davam edir. Hindistan artıq nəhəng iqtisadi və demoqrafik gücdür. Braziliya Latın Amerikasının aparıcı dövlətidir. Afrika qlobal siyasətdə daha böyük rol tələb edir. Türkiyə, Səudiyyə Ərəbistanı, BƏƏ, İndoneziya, İran və digər orta güclər əvvəlki dövrlərdən istər iqtisadi, istərsə də siyasi-iqtisadi baxımdan qat-qat çox böyüyüblər və inkişaf edərək gücləniblər. BRİKS-in genişlənməsi də bunun göstəricisidir. Hazırkı genişlənmiş BRİKS dünya əhalisinin təxminən yarısını təşkil edir və alıcılıq qabiliyyətinin pariteti ilə dünya iqtisadiyyatının 40 faizini məhz bu təşkilat təmsil edir. BMT Baş katibi Antonio Quterreşin "indi 1945-ci il deyil" ifadəsinin də mənası məhz diqqəti bu rəqəmlərə yönəltməkdən ibarətdir" - o, qeyd edib.
Ç.Şahbazinin fikrincə, bu baxımdan BMT Təhlükəsizlik Şurasının tərkibinin genişləndirilməsinə ehtiyac var. Hazırda 15 üzv dövlətlərin 5-i daimi, 10-u isə qeyri-daimi fəaliyyət göstərir. 5 daimi üzv dövlətlərin veto hüququ var. Bu da hər hansı bir məsələ ilə bağlı qərara, digər dövlətin vetosu ilə qərarın qarşısını almaq mümkündür. Quterreşin "BMT strukturları bu günkü reallığı əks etdirməlidir" deməsinin ən konkret səbəbi də məhz buradadır. Bu səbəbdən də, daimi üzv dövlətlərin sayın artırmaq zərurətini aradan qaldırılması üçün, yenə də 5 daimi üzv dövlətlərin yekdilliklə razılıq qərarı lazımdır. Üzv dövlətlər, özlərinin veto hüququnu və xüsusi statusunu dəyişəcək islahata hazırdırlarmı və buna nə dərəcədə razılıq verəcəklər?
"Bu əlbəttə ki, paradoks yaradan vəziyyətdir və hesab edirəm ki, bu istiqamətdə islahatların aparılmasında kifayət qədər çətinliklər olacaq. Çünki, BMT-ni dəyişmək istəyənlərin qarşısında məhz dəyişdirilməli olan sistemin öz veto mexanizmi aradan qalxır və bu istiqamətdə müzakirələr illərdir davam edir və konkret ortaya bir şey çıxara bilmirlər. Hesab edirəm ki, hazırda BMT-nin zəifləməsini hamı görür, amma bu tamamilə lazımsız qurum anlamına da gəlməməlidir. BRİKS sammitində də məhz bu fikirlər ön plana çəkildi. BMT Təhlükəsizlik Şurasının münaqişələrin qarşısının alınmasında iflic vəziyyətə düşməsinin səbəbini də hesab edirəm ki, bütün dünyada bilirlər və hər kəsi narahat edən məsələlərdəndir. Hazırda dünyada baş verən münaqişələr qismən də olsa nəzarətə götürülür. Sabah böyük güclərin birbaşa qarşıdurmasının qarşısını almaq üçün, BMT kimi potensial təşkilatın fəaliyyətinin davam etməsi çox vacibdir" - o, sonda vurğulayıb.
Politoloq Elşən Manafovun fikrincə, BMT-də struktur islahatlarının aparılması zərurəti qlobal konteksdə dünya düzənində yaşanan hadisələrin doğurduğu geosiyasi reallıqlardan irəli gəlir, zira, BMT İkinci cahan savaşından sonra faşizm və militarizm üzərində qələbənin əldə edilməsində müstəsna xidmətləri olmuş dövlətlərin siyasi iradəsi ilə ərsəyə gəlmiş mötəbər beynəlxalq təşkilat olaraq bu gün dünyada baş verən hadisələrə munasibətdə effektiv və səmərəli qərarlar qəbul etmək imkanlarını itirib: "Bu isə BMT-nin idarəetmə orqanlarının İkinci dünya müharibəsindən sonrakı geosiyasi reallıqlara nəzərən yaranması ilə bağlı amillərdən irəli gəlir.
Beynəlxalq münasinətlərdə soyuq müharibənin başa çatmasından sonra denya nizamını yönəldən tərəflərdən birinin çökməsi ilə dünyanın muqəddəratı üçün agırlıq mərkəzlərindən birinin çəkisi əhəmiyyətli şəkildə artmış oldu və məlum geosiyasi gec mərkəzi birqütblu dünya nizamı ilə bağlı iddialarını ortalığa qoymaqla özünün hegemon rolunun və statusunun beynəlxalq birlik tərəfindən qəbul edilməsinə hələ də ümid edir. Məhz bu məqsədlə məlum mərkəzin dəstəyi və sufarişj ilə beynəlxalq terrorizm və onunla baglı güc mərkəzləri meydana gəldi, terror təşkilatları qlobalist dairələrdən asılı olmaq istəməyən müstəqil dövlətlərin siyasi elitalarını təhdid etməyə başladı, bu dövlətlərin ərazisində sosial və etnik zəmində gərginliyi artırmaq yolu ilə cəmiyyətlər qarşıdurmaya surukləndilər, məxməri inqilablar vasitəsilə qlobalistlərin nəzarətində olan beynəlxalq maliyyə institutlarının dəstəyi ilə dövlət çevrilişləri həyata keçirildi.
E.Manafov qeyd edib ki, qlobal masştabda yaşanan bu hadisələr şübhəsuz ki, dünyanı yönəltmək istəyən dairələrin (qlobalistlər, sionistlər və bunlara qarşı durmağa çalışan milli siyasi elitalar) geosiyasi maraqlarında fərqli baxış və mövqelərlə bağlı olmuşdur.
Belə mürəkkəb bir şəraitdə BMT TŞ-nın daimi üzvləri arasında olan qarşıdurma dünyanın qlobal mahiyyət kəsb etməyə başlayan problemlərinin həllində əyləc mexanizmlərinə çevrilməyə başladı. BMT-nin yaranmasından bəri tərəflərdən hər biri BMT TŞ-də özlərinin veto hüquqlarından istifadə edərək problemləri həll etməklə yox ,onları dondurmaq, status - kvonu saxlamaqla məşğul olmuşlar. Ustəlik hegemonluq iddiasında olan tərəfin tədricən öz mövqelərini əldən verməsi (dünya enerji bazarlarında yaşanan hadisələr, loqistik marşurutlara nəzarət imkanlarının məhdudlaşması, Qlobal Cənubun -avraziyaçıların Qərblə-avroatlantlarla qarşıdurmada əldə etdiyi uöurlar, denyanın UDM-nin əldə edilməsində Qlobal Cənubun artmaqda olan çəkisi BMT-nin idarətmə strukturlarında struktur islahatlarının aparılması zərurətini gucləndirməyə başladı: "Türkiyə prezidenti Ərdoğanın "dünya beşdən daha böyukdur" çağırışı əslində BMT-nin dünyada sulhun və sabitliyin təmin edilməsində əvvəlki nüfuzunu tədricən itirdiyinin göstəricisi oldu. Turkiyə ilə yanaşı Almaniya, Braziliya, Hindistan,Yaponiya kimi dövlətlər də dünya nizamını yönəldə biləcək dövlətlər sırasında yer almaları ilə bağlı iddialarını ortalığa qoymuş oldular. Zira, BMT nə 2003-cü ildə İraq ətrafında yaşanan hadisələr nə ərəb baharı dönəmində ərəb dövlətlərində baş vermiş hadisələr, nə Fələsində yaşanan kutləvi qırğın, nə Venesuela prezidentinin dünyanın gözu qarşısında ABŞ tərəfindən oğurlanması, nə Rusiya-Ukrayna ,nə də ABŞ -İran müharibəsi ilə bağlı,nə də digər hadisələr zamanı beynəlxalq hüquqa söykənən israrlı, qəti və ədalətli mövqe ortalığa qoya bilmədi, bu isə ilk növbədə beynəlxalq güclərin qarşıdurması nəticəsində beynəlxalq hüququn iflic vəziyyətə gətirilməsi ilə baglıdır.
BMT-nin tədticən amorf bir təşkilata çevrilməsi digər tərəfdən onun maliyyələşdjrilməsi ilə bağlı problemlərdən doğur, zira, BMT xərclərinin təqribən 65%-ni ABŞ ödəyir, bu isə ABŞ-a BMT vasitəsilə, hətta onun iradəsindən kənar qərarları həyata keçirməyə imkan verir, məsələn, ABŞ-nin təşəbbüsü və Qərbin dəstəyi ilə Rusiya ,İran və digər dövlətlərə menasibətdə qəbul edilən qərarlar BMT iradəsindən kənar qəbul edilib, zira, Qərbdə qlobalistlərlə bağlı dairələr hələ də "pulu kim verirsə, musiqini də o sifariş edir" prinsipi ilə hərəkət edirlər".
Cavid