Aİ müdafiə komissarı: Rusiya növbəti 2-4 il ərzində NATO-nu sınağa çəkə bilər
FHN yanında İctimai şuranın üzvləri Xüsusi Riskli Xilasetmə Xidmətində görüş keçiriblər
“Mərkəzi icra hakimiyyəti orqanlarının Nümunəvi Əsasnaməsi” təsdiq edilib
Rusiya ordusunun Nikopola artilleriya zərbəsi nəticəsində 2 nəfər ölüb, 2 nəfər yaralanıb
24 Aprel 2020 13:42
10 206
Azərbaycan xalqının musiqiyə olan məhəbbəti onun qeyri-adi musiqi istedadından irəli gəlir. Qədim zamanlardan başlayaraq müxtəlif dövrlərdə yaradılmış zəngin musiqi irsi, Azərbaycan xalqının hər bir nəslinə xas olan genetik istedadın sübutudur. Azərbaycan xalq musiqisinin emosional koloritinə, ritminə, tempinə, bədiiliyinə uyğunlaşmış milli musiqi alətlərimiz uzun tarixi inkişaf yolu keçərək ənənəvi musiqi ifaçılığının və yaradıcılığının bir çox cəhətlərini bu günümüzə gətirib çatdırmışdır.
Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzi “Xilas edilmiş mədəni sərvətlər: Musiqi alətləri” elektron kataloqu təqdim edib. Muzey Sərvətləri və Xatirə Əşyalarının Elmi Bərpa Mərkəzində respublikanın müxtəlif muzeylərindən daxil olan musiqi alətlərinin tarixi tədqiq olunur, öyrənilir, alətlərin ölçüləri, materialın növü, hazırlanma və quraşdırılma texnologiyası araşdırılır. Toplanmış materiallar əsasında musiqi alətlərinin əvvəlki görkəmləri yenidən bərpa edilərək muzeylərə qaytarılır.