Üç kəndə ilk dəfə təbii qaz verildi İqtisadiyyat

Üç kəndə ilk dəfə təbii qaz verildi

Tural

Oktyabrın 31-də Cəlilabad və Şəmkir rayonlarının 3 kəndinə ilk dəfə təbii qaz verilmişdir. Bu münasibətlə keçirilmiş tədbirlərdə rayon icra hakimiyyətlərinin və "Azəriqaz" İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak etmişlər. Cəlilabad rayonunda keçirilmiş tədbirdə bildirilmişdir ki, 120 abonentlik Şıxlar kəndinin qazlaşdırılması məqsədi ilə birpilləli sistem əsasında ümumi uzunluğu 10637 metr olan müxtəlif diametrli polietilen və metal borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilmiş, abonentlərin mənzillərində sayğac və fərdi tənzimləyicilər quraşdırılmışdır.
Şəmkir rayonunun ümumilikdə 795 abonenti olan Miskinli və Muxtariyyə kəndlərinin qazlaşdırılması zamanı isə 20619 metrlik qaz xətləri çəkilmiş, hər bir abonentin mənzilində ayrıca sayğac və fərdi tənzimləyici quraşdırılmışdır.