“İnkişaf paralel şəkildə getməlidir” İqtisadiyyat

“İnkişaf paralel şəkildə getməlidir”

Atilla Sertel: "Qeyri-neft sektorunun daha yüksək səviyyədə inkişaf etdirilməsinə ehtiyac var"

Hər səfərimdə Azərbaycanı daha da inkişaf edən və dəyişən olaraq görürük. Bakı böyüyür. Üç il bundan öncəki səfərimdə yarımçıq qalan binaların istifadəyə verildiyini gördüm.
Bu sözləri BayMedia-ya müsahibəsində Türkiyə Jurnalistlər Federasiyasının rəhbəri Atilla Sertel bildirib.
Atilla Sertel qeyd edib ki, Bakı öz tarixi və malik olduğu infrastrukturu ilə insanların cazibəsini çəkir: "Bu gün Azərbaycan turizm baxımından inkişaf edir və dünyanın müxtəlif yerlərindən turistlər Azərbaycana gəlirlər. Yüksək standartlara cavab verən Ticarət Mərkəzləri tikilir. Müasir yaşayış mərkəzlərinin tikilməsi inkişafın göstəricisi və bir daha Azərbaycanın hansı səviyyədə inkişaf etdiyini təsdiqləyir. Ancaq bununla yanaşı, yolları genişləndirmək lazımdır. Binalar tikildikcə, yollar buna uyğun hazırlanmalıdır. Bəzi bölgələrin inkişafına nail olmaq lazımdır. Qeyri-neft sektorunun daha yüksək səviyyədə inkişaf etdirilməsinə ehtiyac var. İnkişaf paralel şəkildə getməlidir".
Türkiyə Jurnalistlər Federasiyasının rəhbəri IV Bakı Beynəlxalq Humanitar Forumundan da söz açıb və bildirib ki,
belə forumların keçirilməsinin böyük əhəmiyyəti var: "Çünki, Azərbaycan bu istiqamətdə keçirdiyi beynəlxalq tədbirlər vasitəsilə bir daha dünyanın diqqət mərkəzində olur. Yəni, Azərbaycanın tanıdılması üçün önəmli addımdır.
Foruma gələn insanlar yeni dostlar qazanıb və bir-birinə qaynayıb qarışırlar. Müxtəlif mədəniyyətin daşıcıyılar olan insanlar ortaq hədəflərdə birləşirlər. Bu isə yeni imkan və lobbi çalışmaları deməkdir. Bunun yaxşı mənada müsbət təsirləri var. Eyni zamanda belə forumlar Azərbaycandan başqa digər ölkələrdə də keçirməlidir. Çünki bu forumlar insani prinsiplər üzərində dayandığı üçün, insanların sülğ və əmin-amanlıq içində yaşamasına xidmət edir. Belə forumların siyasi-sosial və mədəni əhəmiyyəti böyükdür. Həmçinin, bu forumlar yeni ünsiyyətlərin yaranması deməkdir. Bura gələn insanlar forumlar vasitəsilə tanış olurlar və bu isə yeni fikirlərin və layihələrin meydana çıxmasına səbəb olur. Qısa olaraq desək, bu iri layihələr qalıcı bir işdir".
Atilla Sertel rəhbərlik etdiyi qurumun fəaliyyətindən də danışıb: "Federasiya 17 ildir fəaliyyət göstərir. 20 minə yaxın üzvü var. Mən 5 ildir ki, federasiyaya rəhbərlik edirəm. Azərbaycan Parlament Jurnalistlər Birliyi və Mətbuat Şurası ilə sıx əməkdaşlıq edirik. Qarşıda əməkdaşlığımızı genişləndirməyi planlaşdırırıq".
Federasiya rəhbəri Türkiyə mətbuatının Azərbayacana diqqətinin yetərincə olmadığı qeyd edib: "Bu gün Türkiyə mediasından Azərbaycan diqqət bizi qane etmir. İstəyirik ki,bu diqqət yüksək səviyyədə olsun. Azəbaycan və Türkiyə ilə bağlı xəbərlərin ortaq yayılması ilə bağlı AzərTac-ın direktoru Aslan Aslanovla söhbətlərimiz olmuşdu. Yazıların hazırlanması və yayılması ilə bağlı. Amma bunu gerçəkləşdirə bilmədik.

Elnur Eltürk