Büdcə layihəsi parlamentin komitələrində müzakirə olunacaq İqtisadiyyat

Büdcə layihəsi parlamentin komitələrində müzakirə olunacaq

"2015-ci ilin büdcə layihəsi artıq Milli Məclisə daxil olub". Bunu Mili Məclisin mətbuat katibi Akif Təvəkküloğlu deyib.
Onun sözlərinə görə, layihə oktyabrın 16-da "Azərbaycan" qəzetində çap olunub: "Artıq ictimaiyyətə büdcə haqqında məlumatlar bəllidir. Çap olunmasının məqsədi ondan ibarətdir ki, ictimaiyyət büdcə layihəsi ilə tanış olsun, fikirlər dinlənilsin, rəylər səsləndirilsin. Dövlət büdcəsi prosedur qaydasına uyğun olaraq, bundan sonra komitələr büdcənin layihəsini müzakirə etməyə başlayacaq. Komitələr müzakirə edib qurtardıqdan, bütün rəy və təkliflər nəzərə alındıqdan sonra ilin sonuna qədər layihə Milli Məclisin plenar iclasına çıxarılıb təsdiq olunmalıdır. Layihədə ölkə həyatının bütün sahələri öz əksini tapır. Ümumilikdə xərclər, xərclərin istiqamətləri göstərilir".