Fon der Leyen Aİ sammitində Ukrayna ilə bağlı sualları cavablandırmaqdan imtina edib
BP: AÇG-də hasilatın 2026-cı ili artımla başa vuracağı gözlənilir
Türkiyənin 42 vilayətində kiberdələduzluq əməliyyatı: 74 nəfər saxlanılıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Misirli diplomat Rusiya xalqının birlik ili münasibətilə təşkil olunan konsertdə iştirak edib
18 İyul 2020 18:40
4 298
2020-ci ilin yanvar-iyun aylarında Azərbaycanda 33 milyard 803,9 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,7 faiz az ümumi daxili məhsul (ÜDM) istehsal olunub.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, iqtisadiyyatın qeyri neft-qaz sektorunda əlavə dəyər 2,5 faiz, neft-qaz sektorunda isə 2,9 faiz azalıb.
ÜDM istehsalının 35,7 faizi sənaye, 11,3 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,5 faizi nəqliyyat və anbar təsərrüfatı, 7,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 5,6 faizi tikinti, 2,0 faizi informasiya və rabitə, 1,5 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə sahələrinin, 19,1 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 10,3 faizini təşkil edib.
Əhalinin hər nəfərinə düşən ÜDM 3393,7 manata bərabər olub.
14:11
175
14:00
273
13:43
427