Ermənilər bütün bəşəriyyətə nifrət edirlər Müsahibə

Ermənilər bütün bəşəriyyətə nifrət edirlər

Aygün Həsənoğlu: "Yəhudilərin kütləvi surətdə məhvində Himmlerin dəstəyi ilə yaradılmış erməni faşist legionu müstəsna rol oynayıb"

Beynəlxalq Elmi Araşdırmalar Mərkəzi İctimai Birliyinin rəhbəri, fəlsəfə doktoru, tədqiqatçı Aygün Həsənoğlunın BayMedia-ya müsahibəsini oxucularımıza təqdim edirik

- XX əsrdə ermənilərin türk millətindən başqa, bölgədə yaşayan digər millətlərə qarşı soyqırımı siyasəti həyata keçirdiyi haqqında məlumatlar varmı? Xüsusilə, hansı millətə qarşı soyqırımı siyasəti həyata keçiriblər?
- Ermənilərin terror və soyqırımı əməllərinin bütün insanlığa, bəşəriyyətə qarşı yönəldiyini söyləyərkən biz konkret tarixi və rəsmi faktlara əsaslanırıq. Məsələn, 1918-ci ildə Bakı şəhərində soyqırımı başlayarkən ermənilər Rus hərbi donanmasının heyətinə guya İçərişəhər ərazisində azərbaycanlı türklərin rusları qırması xəbərini verərək onların ən azı 200 nəfərlik heyətlə azərbaycanlılara qarşı vuruşa girməsinə nail oldular.
Hətta milli qüvvələrimizə qarşı döyüşən 36-cı Türküstan alayının, Xəzər Donanmasının, "Ərdəhan" və "Krasnovodsk" gəmilərinin heyəti baş verənlərdən dəhşətə gələrək atışmanı kəsərək, vəziyyəti anladıqda ermənilərdən amansız qırğını dayandırmalarını tələb etdilər. Hərbi gəmilərin heyəti azərbaycanlıların qırğınına son qoyulmazsa, erməni məhəllələrini topdan atəşə tutacaqlarını bildirdilər.
Bu, az da olsa, azərbaycanlı türkləri xilas edə bildi.
Digər millətlərin qətllərinə gəlincə, 1918-ci ildə ermənilərin qətlə yetirdiyi insanlar arasında azərbaycanlı tatlar və İrandan gəlib Bakı neft mədənlərində çalışan farslar da vardı. Ermənilər 17 fars fəhlənin başını kəsdilər.
Quba şəhərində isə ermənilər 3 mindən artıq yəhudini qətlə yetirmişlər. Onlardan 87 nəfərinin adı, soyadı məlumdur və mənim "Erməni sindromu" kitabımda bir qisminin adı qeyd edilib. Ümumiyyətlə, bu kitabımda ermənilərin yalnız azərbaycanlılara qarşı deyil, digər millətlərə, etnik qruplara qarşı da soyqırımı siyasəti həyata keçirməsi ilə bağlı faktlar ayrı-ayrı bölmələr altında verilib.
Ermənilərin Zəngəzurun Tat kəndində törətdiyi faciə də dəhşətlidir. Burada bir erməni həkimin göstərişi ilə 70 uşağın başı kəsilərək qarınlarına süngü çalınmışdı. Ermənilər meyitləri yol kənarına nişan kimi düzərək öz vəhşiliklərini ortaya qoydular.
Ermənilər, Azərbaycanda yaşayan bütün azsaylı xalqlara qarşı da amansız idilər. Kürdlər ləzgilər, gürcülər, yəhudilər də ermənilərin vəhşiliyinin qurbanı oldular.
- Konkret olaraq, bu haqda mənbələr varmı?
- Azərbaycanda yaşayan digər xalqlara qarşı etdikləri vəhşilikləri gizlətmək üçün ermənilər arxivlərə yol taparaq bu cür sənədlərin çoxunu məhv etdilər. 1920-ci ildə bolşeviklər Azərbaycanı işğal edəndən sonra o dövrün əsas qəzetlərində Gəncədən yeni yaradılan "qardaş" Ermənistana 2 vaqon arxiv materialı hədiyyə edildiyi barədə məlumat verilib. Amma yenə də bəzi məlumatları tapmaq mümkün olub.
Bu məlumatlardan biri Azərbaycanın Xanlar rayonunda yaşayan almanlarla bağlıdır. 1917-ci ildə Rusiyanın rəhbərliyi altında İran və Türkiyədən köçürülən ermənilərin bir qisminin Xanlar rayonunda və ətraf bölgələrdə yerləşdirilməsi nəticəsində yerli almanların torpaqları əllərindən çıxdı.
Ermənilər yerli almanlara təzyiq etməyə, onların malik olduqları hər şeyi əllərindən almağa başladılar. Bununla bağlı professor Abbas Seyidov 1907-ci ildə Gəncədə Daşnaksütyun partiyasının üzvlərinə qarşı açılmış cinayət işi ilə bağlı sənədi tapıb üzə çıxarıb.
Şəhər pristavının imzaladığı sənəddə 1905-1907-ci illlərdə "Daşnaksütyun"un rəhbəri Koryanın daşnak Arutyanov qardaşları ilə birgə Helenendorf almanlarını popartiyalarına xərac verməyə məcbur etdikləri əks olunurdu. Sənəddə göstərildiyinə görə, ermənilərin tələb etdiyi 30 min rublu verə bilmədiyi üçün Forer və Gurr soyadlı şərab istehsalçıları ermənilər tərəfindən qətlə yetirildilər. Rusiyanın Almaniya ilə münasibətinin gərginliyindən istifadə edən ermənilər bu yerdəki almanları daim sıxışdıraraq, onları təhdid edirdilər. İrtica dövründə isə daşnak ermənilər Xanlardakı əsas vəzifələri ələ keçirərək xeyli almanın "antisovet" kimi güllələnməsinə nail oldular.
II Dünya müharibəsində məhz erməni planlarına uyan Stalin 1941-ci il 8 oktyabrda 22.741 almanın Qazaxıstana sürgün olunması, onların əmlakının, təsərrüfatlarının ermənilərə verilməsi barədə qərar qəbul edildi. Ermənilər hətta məzardakı alman qəbirlərinin üzərindəki almanca yazıları pozmuş, ermənicə yazılarla əvəz etmiş, məzar daşlarının formasını dəyişərək erməniləşdirirdilər.
Azsaylı xalqlarla bağlı digər bir sənəd də tapılmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin dövründə Fövqəladə İstintaq Komissiyasının 2 dekabr 1918-ci il tarixli rəsmi məktubu var. Rus dilində yazılmış bu sənəddə Qubada ermənilər tərəfindən məhv edilmiş dağ yəhudilərinin siyahısı verilib.
Digər bir araşdırma isə avstriyalı alim Erik Fayqla məxsusdur. Onun tədqiqatına əsasən, 1941-1945-ci illərdə Avropada yəhudilərin kütləvi surətdə məhvində Himmlerin dəstəyi ilə yaradılmış erməni faşist legionu müstəsna rol oynayıb. Müstəqil tədqiqatçı Nöyzalı Əliyevin araşdırmalarına görə, Hitlerin başladığı yəhudi soyqırımı planının müəllifi erməni general Drodur. İndi həmin Dronun adına bir neçə terrorçu erməni təşkilatı var...
Gürcülərə qarşı törədilmiş vəhşilikləri əks etdirən filologiya elmləri doktoru, ermənişünas gürcü alimi Bondo Arvalidzenin "Qardaşlığımıza xələl gətirməmək naminə" başlıqlı erməni yazıçısı Xanzadyana yazdığı məktubudur. Bu məktub "Azərbaycan" qəzetinin 20.04.1996 tarixli sayında dərc olunub. Məktubda 23 yaşlı gürcü qızın bir qrup erməni tərəfindən təcavüzə məruz qalmağından, Suxumumi rayonunun Akaf kəndində 27 gürcünün vəhşicəsinə qətlə yetirməsindən, evlərin yandırılmasından, Pşabi kəndində 11 gürcünün öldürülməsindən, 20 evin yandırılaraq qarət olunmasından, Sargebi kəndində 97 evin yandırılmasından və digər vəhşiliklərindən bəhs olunur.
Qarabağ müharibəsi başlayanadan ermənilər torpaqlarımızı işğal edərkən orada yaşayan digər millətlərə qarşı da eyni dərəcədə vəhşicəsinə yanaşırdılar. Xocalıda 1927-ci il doğumlu Ukraynalı Dmitri Nikoloyeviç Budkonu diri-diri yandırmışdılar. Ağdam şəhəri işğal olunarkən erməni əsgərlərinin milliyyətcə rus olduğu üçün evi tərk etməyən Arkadi və Gennadi Korotkovlara verdikləri işgəncələr onların öz dilindən qeydə alınmışdır.
Onların ifadəsi Əsir və İtkin Düşmüş, Girov Götürmüş Vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının arxivində saxlanılır. Ermənilər yataqda xəstə olan Gennadini amansızca döyərək, onu rəqs etməyə məcbur edirdilər.
Ermənilər Ağdam şəhəri alınarkən Vladimir Şevelyovun yataq xəstəsi olan 58 yaşlı qardaşı Anatolini və 48 yaşlı bacısı Svetlananı, 90 yaşlı anası Veranın vəhşicəsinə döyərək öldürüb, cəsədlərini isə yandırıblar. Vladimir Şevelyov Omskdan gələrək rus girovları ziyarət edən keşişin yardımı ilə izn alaraq özü onların saç, baş, ayaq və qollarının hərəsini bir tərəfdən axtarıb toplamış və dəfn etmişdi.
"Azərbaycan" qəzetinin 8 iyul 1994-cü il tarixli sayında ermənilərin onlara inanaraq ərazidə qalmış kürdlərə qarşı necə vəhşicəsinə rəftar etməsi əks olunub. Qaniçən erməni əsgərləri kürdlər yaşayan Qaralar kəndində 50-dən artıq dinc kürdü vəhşicəsinə qətlə yetirdilər.
- Ermənilər nə üçün kürdləri məhv etmək istəyirdilər?
- 1921-ci ildə ingilis admiralı L.Bristol J.L.Bartona yazırdı: "Daşnaklar hakimiyyətdə olduqları zaman kürdlərə, türk və tatarlara (azərbaycanlı türklərə) hücum məqsədi ilə əllərindən gələn hər şeyi etdilər, müsəlmanlara qarşı zorakılığa əl atdılar...
İnana bilmirəm ki, ermənilər özgə xalqları idarə edə bilsinlər. Əgər hansısa başqa millət ermənilərin idarəçiliyi altına düşərsə, onlar mütləq ermənilərin zülmünə və zorakılığına məruz qalmalı olacaqlar". İngilis siyasətçisinin sözlərini tarix təsdiq etdi. 1892-ci ildə Daşnaksütun partiyasının Tiflisdə keçirilən qurultayında qəbul edilən əsas şüar bu idi: "Türkü, kürdü hər yerdə öldür, sənin sözündən dönənləri, erməni xainlərini qətlə yetir, intiqam al". Ermənilərdə kürdlərə qaynaqlanan nifrətin səbəbini onların başqa millətlərə qarşı dözümsüzlüklərində axtarmaq lazımdır. Məlumdur ki, türklərlə kürdlər tarix boyu birlikdə yaşamış, eyni süfrədə çörək kəsmişlər.
Qarabağ müharibəsində Azərbaycandakı kürdlər də qəhrəmanlıqla ermənilərə qarşı vuruşmuş, doğma Azərbaycanın bütövlüyü və birliyi müdafiə edirdilər. Sizə bir faktı deyim ki, əsir düşən, girov götürülən kürdləri Azərbaycan dövlətinə qarşı qaldırmaq üçün ermənilər iş aparsalar da, buna nail ola bilməyiblər.

Elnur Eltürk