Rusiyalı yazıçı Mariya Suvorovskayanın Azərbaycana həsr olunmuş ikinci kitabının təqdimatı olub - FOTOLAR Ədəbiyyat

Rusiyalı yazıçı Mariya Suvorovskayanın Azərbaycana həsr olunmuş ikinci kitabının təqdimatı olub - FOTOLAR

Rusiya paytaxtında Mariya Suvorovskayanın “Üzümlüyün yanındakı ev” adlı kitabının təqdimatı olub.
KANAL 5 xəbər verir ki, Dekabrın 8-də “Arxangelskoye” muzeyində rusiyalı jurnalist və yazıçı, “Business-Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun baş icraçı direktoru, “World Business Guide-Azerbaijan” jurnalının baş redaktoru Mariya Suvorovskayanın "Üzümlüyün yanındakı ev" adlı yeni kitabının təqdimat mərasimi keçirilib. Yazıçı doğum günündə oxuculara sevgi, özünün axtarışı, saf həyat və harmoniya haqqında yeni bir hekayə təqdim edib. Bu, təkcə Rusiyada deyil, həm də xaricdə yaşayan geniş oxucu kütləsi üçün çoxdan gözlənilən bir kitabdır.
Açılış mərasimində Azərbaycan Respublikasının Rusiyadakı səfirinin iqtisadi məsələlər üzrə müşaviri Şovqi Mehtizadə, Moskva vilayətinin Jurnalistlər Birliyinin sədri, Rusiya Jurnalistlər Birliyinin katibi Natalya Çernışova, “Business Dialog Media” nəşriyyat və kommunikasiya qrupunun redaksiya heyətinin sədri Vadim İvanoviç Vinokurov, Rusiyadakı Azərbaycan diasporunun nümayəndəsi, ictimai xadim Səadət Qarayeva, Rusiyadakı azəbacayanlı yazıçı Sabit Əliyev. Rusiyanın “GrottBjorn” şirkətinin İnkişaf Departamentinin rəhbəri Anastasiya Lebedeva və digərləri iştirak ediblər.
Xatırladaq ki, Mariya Suvorovskayanın "Xəzər üzərində yelləncək" adlı ilk kitabı ötən il Rusiyada əvvəlcə rus dilində, sonra isə Azərbaycanda dilində nəfis tərtibatda çap olundu. Hekayə yalnız qadın duyğularının, kəşflərin, emosional təcrübələrin hekayəsi deyil, həm də Mariya Suvorovskayanın Azərbaycana, onun mədəniyyətinə və adət-ənənələrinə olan sevgisinin özünəməxsus simvolu oldu.
“İkinci kitab - "Üzümlüyün yanındakı ev" də Azərbaycan şərabçılığı ilə bağlıdır. Bu, "Xəzər üzərində yelləncək" kitabından tamamilə fərqli, şüurlu və yetkin bir sevgi hekayəsidir. Ümid edirəm ki, gələn il bu kitabı aparıb Azərbaycanda təqdim edəcəyik. Xaricdəki oxucular elektron versiyanı dekabr ayından etibarən oxuya biləcəklər"- deyə Mariya Suvorovskaya təqdimat mərasimində bildirib.
"Üzümlüyün yanındakı ev" yetkin sevginin nağıllarıdır. Əsl sevgi, şərab kimi, uyğun bir ildə vaxtında doğulmalıdır. Sevgi üçün, üzüm çeşidi kimi hazırlıqlı olmalı, mükəmməl şərab kimi hisslərinizi ləzzət edib uzun və xoş bir dad yaşamaq lazımdır. Çox vaxt çoxdan gözlənilən xoşbəxtliyin yolu sınaqlar, ağrılardan keçir. Lakin bu tikanlar həyatda rast gəlinən ikinci yarının dəyərini qiymətləndirməyə qadir olan çoxşaxəli və ahəngdar bir şəxsiyyətin formalaşması üçün dəyərli olan xarakter, qüvvət, xarakter mürəkkəbliyi əlavə edir.
Bu, yenidən başlamağa heç vaxt gec olmayan bir kitabdır. Bunu etmək üçün dərin bir nəfəs və ya bir qurtum şərab götürün və ürəyinizi açın.
Kitabın hər bölümünə Azərbaycanın İsmayıllı rayonunda şərab istehsal olunan üzüm çeşidi adı verilib. Əsər təbiətin gözəl təsvirləri, şərabların xüsusiyyətləri ilə doludur. Kitab Mariya Suvorovskayanın pərəstişkarları üçün gözəl bir hədiyyədir.
Xatırladaq ki, kitabın təqdimatına “Kanal5” TV informasiya dəstəyi verib.