“İllərlə heç bir yerdə işləməyib zəngin həyat tərzi sürən bu radikal müxalifət...” Siyasət

“İllərlə heç bir yerdə işləməyib zəngin həyat tərzi sürən bu radikal müxalifət...”

Vasif Əfəndiyev:" Cocuq Mərcanlıda aparılan quruculuq işlərinə kölgə salmaqla insanlarımızda ruh düşkünlüyü yaratmağa çalışırlar"

"Keçən ilin aprel döyüşləri zamanı əldə olunan nailiyyətlərdən sonra ordumuzun işğaldan azad olunmuş yüksəkliklərdə möhkəmlənməsi bu mövqelərin bir daha düşmənə təslim edilməyəcəyi əminlyini yaradır. Bəzən "Aprel" əməliyyatının mahiyyətini azlatmaq cəhdlərinə də rast gəlirik. Bu ən azından Vətən torpağı uğrunda şəhid olan əsgərlərimizin ruhuna qarşı edilən bir hörmətsizlikdir". Bunu politoloq Vasif Əfəndiyev deyib. Onun sözlərinə görə, ölkəmizə dost olmayan dövlətlər tərəfindən idarə olunan qüvvələr Dağlıq Qarabaqla bağlı atılan bütün müsbət addımları pisləyən bəyanatlarla çıxış etmələri ilə yanaşı bütün imakanlardan istifadə edərək qaralama kampaniyası aparırlar: "Bu qüvvələrin əsasən Rusiya və İran tərəfindən qidalandığı heç kimdə şübhə doğurmur. Dövlət başçısının Cocuq Mərcanlı kəndinin bərpası və əhalinin doğma evlərinə qayıtması barədə verdiyi sərəncama qarşı çıxanların da bu qəbildən olan insanlardır.
Qaralama kampaniyasını təşkil edənlər arasında özünü müxalifət düşərgəsi hesab edənlərin olması təbii ki, çox üzücüdür. Dövlətin imkan və resuslarından faydalanan və illərlə heç bir yerdə işləməyib zəngin həyat tərzi sürən bu radikal, saxta müxalifət Cocuq Mərcanlıda aparılan quruculuq işlərinə kölgə salmaqla insanlarımızda ruh düşkünlüyü yaratmağa çalışırlar. Lakin bu qara təbliğat öz əks effektini verdi. Bu yaxınlarda aparılan sosioloji sorğuların nəticələrinə görə Azərbaycan vətəndaşlarının 85 faizinin torpaqların azad edilməsi əməliyyatlarında iştirak etmək niyyətində olduğunu bildirdilər. Hesab edirəm ki, Cocuq Mərcanlı Qarabağa böyük dönüşün başlanğıcıdır".