“Ermənistanda hakimiyyəti bir neçə qrup idarə edir” Siyasət

“Ermənistanda hakimiyyəti bir neçə qrup idarə edir”

İlqar Vəlizadə: "Bəziləri qarabağ klanı çərçivəsində fəaliyyət göstərirlər"

"Düşünmürəm ki, parlament seçkilərinə Serj Sarkisyan öz xoşu ilə gedir". Bunu politoloq İlqar Vəlizadə Ermənistanda keçiriləcək parlament seçkilərini şərh edərkən bildirib. Politoloqun sözlərinə görə, Ermənistanda parlament seçkirləri konstitusiya islahatları çərçivəsində aparılır: "Əsas məqsəd isə Ermənistanı idarə edən siyasi qruplara hakimiyyətdə yer verilməsindən ibarətdir. Hazırda hakimiyyəti bir neçə qrup idarə edir. Bəziləri qarabağ klanı çərçivəsində fəaliyyət göstərirlər, amma hər bir qrupun öz iddiası və ambisiyası var. Onlar bu vəziyyət ilə neçə ildir ki, razı deyildilər. Serj Sarkisyan prezident olsa belə real vəziyyət fərqli idi".
İ.Vəlizadə bildirib ki, parlament sisteminə keçid bu prosesi daha da leqallaşdırmağa imkan verəcək: "Bu sistem qrupların hakimiyyətdə daha mütəşəkkil formada təmsil olunmasına imkan verəcək və Ermənistanın daxili siyasətinə təsir edəcək. Düşünmürəm ki, parlament seçkilərinə Serj Sarkisyan öz xoşu ilə gedir. Məcburiyyət qarşısında qalaraq bunu edir və əsas məqsəd olan-qalan nüfüuzunu itirməmək və vəziyyətə təsir imkanlarına malik olmaqdır. Hakimiyyəti maksimumum qorumaq və yeni formada idarə etməkdir. Seçkilərdən sonra bir il prezident olacaq və bu ona imkan verir ki, seçkilərin həm nəticələrinə, həm də seçiklərdən sonraki dövrə müəyyən dərəcədə nəzarət edərək prosesləri idarə etsin. Yəqin ki, bundan istifadə edərək Sarkisyan çalışacaq ki, seçkilərdə opponentlərini maksimum neytrallaşdırsın".