Erməni ombudsmandan etiraf Siyasət

Erməni ombudsmandan etiraf

Ermənistanda ömürlük həbs cəzasına məhkum edilən şəxslərin hüquqları pozulur.
Erməni KİV-ləri xəbər verir ki, Ermənistan ombudsmanı insan hüquqları və azadlıqlarının pozulmasının aradan qaldırılması üçün təklif irəli sürüb. Bu təklif ömürlük həbs cəzasına məhkum edilən şəxslərin ailə üzvlərə, yaşayış yerlərinə mümkün qədər yaxın olan müəssisələrə köçürülməsi ilə bağlıdır.
Bu barədə Ermənistanda insan hüquqlarının qorunması və təhlükəsizliyi aparatından yayılan məlumatda bildirilib.
Ombudsman Ermənistanda ömürlük və uzun müddətli həbs cəzasına məhkum edilən şəxslərin hüquqlarının pozulduğunu etiraf edərək, bununla bağlı proqramın yaradılmasının vacibliyini vurğulayıb.