Azərbaycanda 5 milyon 309 min 434 seçici var Siyasət

Azərbaycanda 5 milyon 309 min 434 seçici var

Dəqiqləşdirilmiş vahid seçici siyahısına əsasən, xaricdəki seçicilər də daxil olmaqla, Azərbaycanda 5 milyon 309 min 434 seçici var.
Bunu dünən Mərkəzi Seçki Komissiyasının iclasında MSK sədri Məzahir Pənahov bildirib.
Seçicilərin 50,78 faizi qadın, 49,22 faizi kişidir.
"Azərbaycanda 337 min 870 min məcburi köçkün seçici var"-deyən Məzahir Pənahov deyib ki, məcburi köçkünlərin səs verəcəyi məntəqələr bütün ölkə üzrə pyalanıb.
Aprelin 11-nə təyin olunan prezident seçkilərinin keçirilməsi üçün yaradılan seçki məntəqələrinin sayı ilə bağlı da açıqlama verən MSK sədri bildirib ki, xaricdə və müvəqqəti yaradılan seçki məntəqələri də daxil olmaqla, prezident seçkiləri ilə əlaqədar 5641 seçki məntəqəsi fəaliyyət göstərəcək.