“Azərbaycan xalqı Qarabağ uğrunda yürüşə hazırdır” Siyasət

“Azərbaycan xalqı Qarabağ uğrunda yürüşə hazırdır”

Əli Əhmədov: "Ali Baş Komandan əmr verən zaman hər kəs yürüşə çıxacaq"

"Azərbaycan bu gün dünyanın ən sabit ölkəsindən biridir".
APA-nın verdiyi məlumata görə, Avropaya tanıtım reysinə çıxan BAKI-HOG hərəkatının üzvləri ilə görüşdə baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının icra katibi-sədr müavini Əli Əhmədov söyləyib.
O bildirib ki, Azərbaycandakı sabitlik, rahatlıq dünyanın çox az ölkələrində var: "Əgər sabitlik, rahatlıq olmasa, insan üçün yerdə qalan dəyərlər heç bir əhəmiyyət kəsb etmir. Əgər evlər dağılırsa, qan tökülürsə, insan həyatının dəyəri qalmır. Heydər Əliyevin Azərbaycana qayıdışı ilə Azərbaycanda sabitlik bərqərar olub və bu, digər dəyərlərin yaranması üçün əsas olub".
Ə.Əhmədov bildirib ki, Azərbaycanı əhəmiyyəti, regionda oynadığı rol baxımından kiçik dövlət saymaq olmaz: "Azərbaycan xalqı gələcəyinə inanır. Bunun da fonunda yürüş ehtirası ortaya çıxır. Motoyürüşdə 7 nəfər iştirak edib. Ali Baş Komandan əmr verən zaman hər kəs yürüşə çıxacaq".