“İşğal tarixlərinin qeyd olunmasına son qoymaq lazımdır” Siyasət

“İşğal tarixlərinin qeyd olunmasına son qoymaq lazımdır”

"İşğal günləri ilə bağlı daha sözümüz qurtarıb. Nə qədər dözmək olar, adam xəcalət çəkir. Ermənilər də getdikcə quduzlaşırlar. Ermənilər də özlərini çox həyasız şəkildə aparırlar, yəni Dağlıq Qarabağın üzərində uçuşlər təşkil edirlər, Paşinyan BMT-nin tribunasından Naxçıvana iddia irəli sürür. Ona görə də bunun qarşısı alınmalıdır və bunun da yolu ancaq müharibədir". Bu fikirləri Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı Xocavəndin işğal günü ilə bağlı danışarkən deyib: "Təbii ki, burda Rusiya amili var, elə bil ki, Ermənistana qarşı müharibə aparsaq Rusiyaya qarşı müharibə başlayırıq. Rusiyanı neytrallaşdırmağın yolunu tapmaq lazımdır. Amerika Rusiyanı neytrallaşdırmaq istəmədi. Amerika və Rusiya Qarabağ məsələsində eyni mövqedən çıxış etdilər. İşğal tarixlərinin qeyd olunmasına son qoymaq lazımdır. Sonra erməniləri o torpaqlardan çıxarmaq qeyri-mümkün olacaq. İndi də əlverişli vəziyyət yaranıb, Ermənistanda vəziyyət qarışıb. Ermənistan bilmir Rusiyanın tərəfindədi, yoxsa Amerikanın tərəfindədir".