Faiq Ələkbərli Şimali Kipr Türk Respublikasında 5. Manas Forumunda iştirak edib
Azərbaycan Dəniz Naviqasiya Avadanlıqları üzrə Beynəlxalq Təşkilat haqqında Konvensiyaya qoşulub
Balıqçılıq və Akvakultura Mərkəzinə dövlət büdcəsindən vəsait ayrılıb
“Invest in Azerbaijan” informasiya sistemi yaradılıb - FƏRMAN
Zərgərlik məmulatlarına dövlət əyar damğasını vuracaq orqan müəyyənləşib
27 May 2019 15:44
1 309
“Beynəlxalq hüquqa əsasən, SSRİ-nin süqutundan sonra Azərbaycan Respublikası və Gürcüstan avtomatik olaraq aralarında mövcud olan əvvəlki inzibati sərhədlərin varisi olublar. Sonradan bu sərhədlər dövlət sərhədləri oldu və iki ölkənin sərhəd xidmətlərinin nəzarəti altına keçdi. "Keşikçidağ" hissəsində sərhəd həmişə olub və o, Azərbaycan və Gürcüstan sərhəd xidmətləri tərəfindən qorunurdu və qorunmaqda davam etdirilir”.
Bunu xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.
O bildirib ki, gürcüstanlı zəvvarların “Keşikçidağ” qoruğunun ərazisində yerləşən mağaralara keçidləri, gürcü tərəfinin xahişinə və qarşılıqlı razılaşmaya əsasən, Azərbaycan sərhədçilərinin nəzarəti altında gerçəkləşirdi.
“Belə vəziyyət bu gün də davam edir. Öz ərazisində bəzi təsərrüfat və ya digər işlərin həyata keçirilməsinə gəldikdə isə, bu hər bir tərəfin suveren hüququdur”.
Qeyd edək ki, Gürcüstanın xarici işlər nazirinin müavini Laşa Darsaliya Azərbaycanla Gürcüstan arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Komissiyaların son iclasında müzakirə olunan məsələləri şərh edib.
O deyib: "Komissiyanın iclasında biz status-kvonun hər hansı şəkildə dəyişilməsi barədə təsəvvürün meydana gəlməsinə xidmət edən addımların atılmaması vacibliyi məsələsini qaldırdıq".