12:50
329
İspaniya hakimiyyəti Avropa İttifaqına üzv ölkələrdən Afrika qitəsinin şimal sahilində yerləşən muxtar Seuta şəhərindəki miqrasiya böhranı ilə bağlı həmrəylik göstərmələrini tələb edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə krallığın Xarici İşlər Naziri Xose Manuel Albares bəyan edib.
O, qanunsuz miqrantların axını ilə bağlı vəziyyətə reaksiya verərkən "bəzi Avropa hökumətlərinin özlərini layiqli aparmadığını" bildirib. XİN rəhbərinin dəqiqləşdirdiyinə görə, başqa böhranlar zamanı Madrid öz həmrəyliyini nümayiş etdirib. "Və biz digər avropalılardan məhz bunu tələb edirik", — deyə diplomat "TVE" telekompaniyasına müsahibəsində bildirib. O əlavə edib ki, İspaniyanın muxtar şəhərləri olan "Seuta və Melilya heç vaxt Şengen zonasının bütövlüyünə təhlükə yaratmayıb".
"Ən başlanğıcdan Mərakeş bu insan axınının qarşısını almağa və ilk növbədə onların dərhal geri qaytarılmasını təmin etməyə çalışaraq öz köməyini təklif edib, — deyə nazir əmin edib. — Ölkəyə daxil olanların böyük əksəriyyəti artıq Mərakeşə qayıdıb və Mərakeş bu köməyi təklif etməyə davam edir".
Məryəm Quliyeva