ABŞ İraqdakı hərbi qüvvələrini və HHM sistemlərini Ərbilə toplayır Dünya

ABŞ İraqdakı hərbi qüvvələrini və HHM sistemlərini Ərbilə toplayır

ABŞ İŞİD-ə qarşı beynəlxalq koalisiyanın İraqdakı müxtəlif obyektlərindən qüvvə və texnikalarını İraq Kürdüstanının Ərbil şəhərindəki beynəlxalq hava limanına köçürür.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "The National" nəşri məlumat verir.

"Bu fəallığın qoşunların tam çıxarılmasından xəbər verib-vermədiyi qeyri-müəyyəndir. Lakin Bağdad və Ərbildəki mənbələr bildirirlər ki, son bir həftə ərzində hərbçilər müdafiə sistemlərini və köməkçi avadanlıqları koalisiya obyektlərindən Ərbil beynəlxalq hava limanına daşıyıblar", — deyə nəşr xəbər verir.

Xüsusilə söhbət HHM (hava hücumundan müdafiə) sistemlərinin elementlərindən gedir. Mənbələrin sözlərinə görə, koalisiya qüvvələrinin tərkibində xidmət edən Böyük Britaniya, Fransa və Almaniya hərbçilərinin bir hissəsi Ərbili tərk edib.

İki kürd rəsmisi bildirib ki, iyulun sonunda İraq Kürdüstanında koalisiya qüvvələrinin əsas mərkəzi olan Ərbildəki Hərbi Hava Qüvvələri bazasından zərərsizləşdirici raketlər daşıyan karvanlar ayrılıb. "Bu, adi qüvvə yer dəyişməsi deyil. Biz müəyyən olunmuş yerdə yerləşdirilən müdafiə sistemlərinin nəqliyyat vasitələrinə yüklənərək aparıldığını görürük", — deyə həmsöhbətlərdən biri qeyd edib.

O dəqiqləşdirib ki, İraq Kürdüstanı hakimiyyəti qüvvələrin köçürülməsi barədə öncədən heç bir xəbərdarlıq almayıb.

Məryəm Quliyeva