Azərbaycanın beynəlxalq axtarışa verdiyi şəxs Rusiyadan ekstradisiya edilib
Avropa Komissiyası: Rusiya–Ukrayna müharibəsi 2026-cı ilin sonunda başa çatacaq
"Qarabağ" yatağının tam miqyaslı işlənməsi proqramının hazırlanması bitmək üzrədir
Rusiya-Ukrayna müharibəsində itkin düşmüş Ağdam sakininin nəşi tapılıb
1 Avqust 2019 14:30
2 072
Ermənistan parlamentinin Araşdırma Komissiyası bu ilin sentyabrından 2016-cı ilin Aprel döyüşlərinin nəticələrini araşdırmağa başlayacaq.
Report xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti yazıb.
Məqalədə qeyd olunub ki, məsələni araşdırmaq üçün komissiya üzvlərinin təcrübə və bilikləri yetərincə deyil. Ona görə də araşdırmalara peşəkar hərbçilər cəlb olunacaqlar.
Qəzet yazıb ki, 1992-1995-ci illərdə Ermənistan silahlı qüvvələri baş qərargahının rəisi və müdafiə nazirinin müavini vəzifələrində çalışmış 83 yaşlı Norat Ter-Qriqoryans da dəvətlilər arasındadır. Ancaq o, komissiyanın işində iştirak etmək üçün şərt irəli sürüb: “Komissiya səhv edənləri həbs etmək və ya həbsxanaya atmaq üçün yaradılıbsa, mən bu işə qatılmayacağam. Yoxsa, adamlar savaşa getməz, deyər ki, özünüz gedin. Ancaq araşdırmada məmnuniyyətlə iştirak edərəm”.
Qeyd edək ki, parlamentin Araşdırma Komissiyasının qərarı hüquqi qüvvəyə malik olacaq.