“Azərbaycan sülhdə möhkəmdir”
12 Yanvar 21:36
12 Yanvar 21:36
12 Yanvar 21:27
12 Yanvar 21:14
12 Yanvar 20:55
20 Avqust 2019 15:36
2 345
Qarabağ Azərbaycandır. Bu mövqe dəyişməyib və dəyişmir.
Bunu “Media.az”a açıqlamasında Nikol Paşinyanın Qarabağın Ermənistan ərazisi olmasıyla bağlı son açıqlamasını şərh edən Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili deyib.
“Qarabağ Azərbaycandır. Bütün dünya belə hesab edir. Bu mövqe dəyişməyib və dəyişmir. Bir daha təkrar edirəm ki, bütün dünya Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. İkincisi, bu məsələnin Qafqazda yeni müharibəyə gətirib çıxarmayacağına ümid edirəm”, - o bildirib.
Gürcüstana geri dönüb-dönməyəcəyi ilə bağlı sualı cavablarkən Saakaşvili ölkəsinə dönmək istədiyini, amma vətəndaş qarşıdurmasından qaçmaq üçün bu addımı atmadığını deyib:
“Siz anlamalısınız ki, indi Gürcüstanda normal demokratiya yoxdur. Bu geri dönüş elə də asan deyil. Mən məmnuniyyətlə geri dönərdim, amma mümkün qan axıdılmasından, digər dövlətlərin birbaşa hərbi müdaxiləsindən qaçmaq istəyirəm. Mən oliqarxdan (Bidzina İvanişvili nəzərdə tutulur) qorxmuram”.
12 Yanvar 18:42
1 057
12 Yanvar 18:40
1 176
12 Yanvar 17:31
1 022