Fon der Leyen Aİ sammitində Ukrayna ilə bağlı sualları cavablandırmaqdan imtina edib
BP: AÇG-də hasilatın 2026-cı ili artımla başa vuracağı gözlənilir
Türkiyənin 42 vilayətində kiberdələduzluq əməliyyatı: 74 nəfər saxlanılıb
Suveren Fondların Beynəlxalq Forumunun 2028-ci il İllik İclası Azərbaycanda keçiriləcək
Misirli diplomat Rusiya xalqının birlik ili münasibətilə təşkil olunan konsertdə iştirak edib
27 Avqust 2019 13:12
2 709.jpg)
Azərbaycan Ordusunda idman yarışlarının keçirilməsi haqqında Müdafiə nazirinin əmrinə əsasən hərbi qulluqçular arasında növbəti səmti müəyyənetmə yarışlarına start verilib.
Müdafiə Nazirliyindən verilən məlumata görə, ayrı-ayrı qoşun növləri və xidmət sahələrindən yarışlara cəlb edilən komandalar ərazidə səmti müəyyən etmək üzrə bacarıqlarını sınayırlar.
Yarışlarda hərbi qulluqçular həmçinin fərdi birincilik uğrunda da mübarizə aparacaqlar.
Qeyd edək ki, ötən illərdəkindən fərqli olaraq yarışların daha effektiv təşkili və keçirilməsi məqsədilə beynəlxalq standartlara uyğun olaraq elektron çiplərdən istifadə ediləcək, yarışın nəticələri Müdafiə Nazirliyinin nümayəndələri və Azərbaycan Respublikası Səmti Müəyyənetmə İdman Federasiyasının hakimlər komissiyasının üzvləri tərəfindən qiymətləndiriləcək.