26 Fevral 17:41
26 Fevral 17:40
26 Fevral 16:30
21 Fevral 2020 14:53
2 982
“Paşinyan Ermənistanın İctimai Televiziyasına müsahibədə faktiki olaraq heç bir ərazinin qaytarılmayacağını bildirdi. Eyni zamanda o, Münhendəki debata toxunaraq Azərbaycan kimi, Qarabağın da SSRİ-dən müstəqillik əldə etdiyini bildirdi”. Bunu politoloq Zaur Məmmədov deyib. Politoloqun sözlərinə görə, Paşinyan özünü təlxəkliyə qoyub: “Bu xalq düzələn deyil. Bunların hamısının diaqnozu eynidir. Bu arada, bizim bir sıra tanınmış ekspertlərin ərazilərlə bağlı nikbin proqnozları alt-üst oldu. Məncə Qarabağla bağlı heç bir proqnoza ehtiyac yoxdur. Hər şey bəllidir. İndi buyursunlar ATƏT-in Minsk Qrupunun həmsədr dövlətləri bu çıxışa reaksiya versinlər. Nikol Ermənistanın öhdəsinə götürdüyü ətraf ərazilərin qaytarılmasından imtina edirsə, bu, "Madrid prinsipləri"nin və ümumillikdə münaqişənin mərhələli həll variantının üstündən xətt çəkilməsi deməkdir”.
09:46
406
09:21
504
09:00
623