10 Aprel 2020 14:10
3 920
Musa Qasımlı: “Mədəniyyət işçilərini alqışlayıram”
“Koronavirus pandemiyasının yaratdığı vəziyyətdən az itki ilə çıxmaqdan ötrü tətbiq edilmiş karantin şəraitində Mədəniyyət Nazirliyinin “Evdə qal! Evdə yarat!” təşəbbüsü həm Nazirlər Kabineti yanında Operativ Qərargahın tələblərinə riayət edərək salamat qalmaq, həm də yaradıcı insanlara və bütün vətəndaşlara faydalıdır”. “Xalq cəbhəsi”nin məlumatına göə, bunu millət vəkili, Milli Məclisin elm və təhsuil komitəsinin sədr müavini Musa Qasımlı öz facebook səhifəsində qeyd edib. Millət vəkili bildirib ki, mədəniyyət sahəsində çalışan şəxslərin belə bir gündə evdə qalaraq yaratmaları, kitab oxumaq kampaniyasını genişləndirmələri, nikbin əhval-ruhiyyədə olmaları bütün cəmiyyət üçün əhəmiyyətlidir: “72 saylı Yardımlı-Masallı seçki dairəsində yaşayıb-yaradan mədəniyyət işçilərini alqışlayıram və inanıram ki, bu təşəbbüs daha geniş yayılacaq”.
20 Mart 19:24
3 927
20 Mart 09:57
1 925
20 Mart 09:51
1 743