Hikmət Hacıyev: “ABŞ Konqresində Ermənistanın təxribatını başa düşən çoxlu sayda insan var” Siyasət

Hikmət Hacıyev: “ABŞ Konqresində Ermənistanın təxribatını başa düşən çoxlu sayda insan var”

“Erməni lobbisi ABŞ Konqresinə müraciət edib. Konqresdə bəziləri erməni lobbisi ilə əlbir şəkildə hərəkət edir”.

Bunu bu gün mətbuat konfransında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

H. Hacıyev deyib ki, Konqresin etik komitəsi tərəfindən onların çirkin əməlləri araşdırılmalıdır: “Onlar tərəfindən təxribat əməlləri həyata keçirilib, ancaq qarşısı alınıb. Konqresdə Ermənistanın təxribatını başa düşən çoxsaylı insan var”.

Azərbaycan Prezidentinin köməkçisi qeyd edib ki, onların bu cəhdləri uğursuzluqla nəticələnib: “Bu baxımdan Konqresdə Azərbaycanla strateji əməkdaşlığı başa düşən insanların rolunu qeyd etmək istəyərdim”.