İrəvanın separatçı rejimlərə daha bir dəstəyi Siyasət

İrəvanın separatçı rejimlərə daha bir dəstəyi

Fuad Muradov: "Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır"

"Ermənistandan Krıma təyyarə reysinin açılması bütün beynəlxalq normaların pozulmasıdır. Yerevanın buna məhəl qoymaması bir daha Ermənistanın yürütdüyü siyasətin mahiyyətini açır və işğalçı dövlət olduğunu göstərir". BayMedia xəbər verir ki,bu barədə millət vəkili Fuad Muradov bildirib.
O xatırladıb ki, Ermənistan bundan əvvəl Azərbaycanın işğal olunmuş ərazisi olan Xankəndində hava limanı açmağa cəhd edib: "Krımla bağlı növbəti fakt bir daha göstərir ki, İrəvanın separatçı rejimlərə dəstək verməsi onun ənənəvi dövlət siyasətidir. Bu isə Qərbin separatçı rejimləri dəstəkləyən ölkələrə qarşı elan etdiyi sanksiyaların Ermənistana da tətbiq olunmasını zəruri edir.
Qeyd edim ki, Ukrayannın ərazisi olan Krıma istənilən reys qanunsuz hesab olunur. Ukrayna 2014-cü ilin mart ayından "Simferopol" hava limanının bağlandığını rəsmən bəyan edib".

Elnur Eltürk