27 Sentyabr 2020 18:10
1 848
NATO Dağlıq Qarabağ regionunda vəziyyətin gərginləşməsi ilə bağlı bəyanat yayıb.
Təmas xəttində genişmiqyaslı hərbi əməliyyatlar barədə məlumatlar NATO-nun dərin narahatlığına səbəb olub.
Bəyanatda deyilir: “Münaqişə tərəfləri dinc əhali arasında itkilərə səbəb olan döyüş əməliyyatlarını dərhal dayandırmalıdır. Bu münaqişənin hərbi həlli yoxdur. Tərəflər sülh nizamlanması ilə bağlı danışıqları bərpa etməlidirlər. NATO ATƏT-in Minsk Qrupunun səylərini dəstəkləyir”,
Rəqəmlər, ekspert fikirləri və dövlətin mübarizə mexanizmləri erkən evliliklərlə bağlı hansı mənzərəni ortaya qoyur? - ARAŞDIRMA