"AzerGold” sədri: Söyüdlü və Ortakənd yataqları üzrə 1,28 mln. unsiya qızıl hasil ediləcək
Zakir İbrahimov: Daşkəsən dəmir filizi layihəsi üzrə ilk istehsal 2030-cu ildə nəzərdə tutulur
“AzerGold” 10 ildə ölkə iqtisadiyyatına 2,2 mlrd. manat töhfə verib
Səudiyyə Ərəbistanının HHM sistemləri husilərin 6 raketini vurub
29 Sentyabr 2020 19:58
2 156
“Azərbaycan xalqına başsağlığı və dəstək vermək yerinə, Azərbaycan dövlətinə "qanuni müdafiə haqqından istifadə etmə” demək, Ermənistana dəstək vermək deməkdir. Zalımla məzlumu eyni tutmaq ədalətli deyil. Beynəlxalq ictimaiyyət Ermənistanı qınamalıdır”.
APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sözçüsü Ömer Çelik media nümayəndələri ilə görüşündə deyib.
O bildirib ki, Ermənistanın Azərbaycanın yaşayış məntəqələrinə hücumları 1949-cu il Cenevrə Sazişinin aşık-aşkar pozulmasıdır: "Odur ki, Türkiyə Azərbaycanı ərazi bütövlüyü uğrunda mübarizəsində haqlı sayır və qardaş ölkənin yanındadır. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını tərk etdiyi an bu problem həll olunar".