Əraqçi: İran Hörmüz boğazının ağası olub və olacaq
13 İyul 22:45
13 İyul 22:45
22 Oktyabr 2020 15:57
2 352
Milli Məclisin Sədri Sahibə Qafarovanın ünvanına beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı təcavüzünü pisləyən məktublar gəlməkdə davam edir.
Parlamentdən Trend-ə verilən məlumata görə, İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqının Baş katibi Muhammed Xurayçi Niyassın Milli Məclisin Sədrinə göndərdiyi məktubda Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın mülki şəxslərinin və infrastrukturun, münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, o cümlədən Gəncə şəhərinə raket zərbələrinin endirilməsi pislənilir.
Məktubda İslam Əməkdaşlıq Təşkilatı Parlament İttifaqı tərəfindən keçirilən müxtəlif konfranslarda qəbul olunan qətnamələrdə qeyd olunduğu kimi, Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq sərhədlərinin toxunulmazlığına dəstək verilməsi bir daha təsdiqlənir, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədə çoxsaylı mülki şəxsin şəhid olması və yaralanması ilə nəticələnən təcavüzü bir daha kəskin şəkildə qınanır.
13 İyul 21:32
1 365
13 İyul 20:34
1 267
13 İyul 20:32
1 113