“Vətəndaşlarımıza dəyən ziyan ayrı-ayrı komponentəlr üzrə diqqətlə qiymətləndirilib” Siyasət

“Vətəndaşlarımıza dəyən ziyan ayrı-ayrı komponentəlr üzrə diqqətlə qiymətləndirilib”

Hikmət Babaoğlu: “Bundan sonrakı mərhələdə də vəziyyətə uyğun olaraq növbəti addımlar atılacaq”

“Vətən müharibəsində mülki şəxlərə və onların mülkiyyətinə dəymiş ziyanın aradan qaldırılması daim Azərbaycan Prezidentinin diqqət mərkəzindədəir. Hələ müharibənin aktiv fazası başa çatmamış bu istiqamətdə müvafia addımlar atlımağa başladı və evləri erməni vandalları tərfəindən yarasız hala salınan vətəndaşlarımızın müvəqqəti məskunlaşdırılması və zəruri məişət ehtiyaclarının qarşılanması ilə bağlı operativ tədbirlər həyata keçirildi”. Bu fikirləri “Xalq Cəbhəsi”nə açıqlamasında millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu səsləndirib. O, bildirib ki, sonrakı mərhələdə də isə yaranmış problemin birdəfəlik həlli ilə bağlı qərarlar qəbul edildi: “Bununla bağlı Prezident İlham Əliyev tərəfindən “2020-ci il sentyabrın 27-dən başlayaraq Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikasının ərazisinə təcavüzü nəticəsində mülki əhaliyə, dövlət əmlakına, o cümlədən infrastruktur obyektlərinə, habelə sahibkarlıq fəaliyyəti subyektlərinə dəymiş ziyanın qiymətləndirilməsi və aradan qaldırılması ilə bağlı tədbirlər haqqında” 2020-ci il 6 noyabr tarixində müvafiq Sərəncam imzalandı. Sərəncama əsasən Azərbaycan Respublikasının Baş nazirinin rəhbərliyi ilə Dövlət Komissiyası yaradıldı və dərhal sərəncamın icrası ilə bağlı aidiyyəti üzrə 11 işçi qrupu yaradıldı. Beləliklə 11 rayonda mülki əhaliyə, dövlət əmlakına, sahibkarlıq fəaliyyəti subyektlərinə, nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın müəyyənləşdirilməsi ilə bağlı müvafiq addımlar atlıdı. İlkin qiymətləndirmələr başa çatdıqdan dərhal sonra Prezident İlham Əliyevin növbəti sərəncamı ilə problemin aradan qaldırılması üçün addımlar atılmağa başlandı. Bu Sərəncama görə təcavüz nəticəsində dağıdılmış və ya qəzalı vəziyyətə düşmüş yaşayış evləri üzrə məişət əşyalarına dəymiş ziyanla bağlı hər bir ailəyə 6000 manat, şəxsi əşyalara dəymiş ziyanla bağlı hər bir ailə üzvünə 1500 manat və digər ziyan dəymiş yaşayış evləri üzrə hər bir ailəyə 1000 manat məbləğində maddi yardımın ayrılması qərara alınlb”.
Millət vəkili əlavə edib ki, maliyyələşməni nəzərdə tutulan maddi yardım yaşayış evlərin sahiblərinə və ya onların qanuni nümayəndələrinə bank vasitəsi ilə ödəniləcək: “Bu şəffaflığı təmin etməklə yanaşı zərəçəkənlərin ayrılan yardımı qısa müddətdə və maneəsiz almasına kömək edəcək. Yardımın miqdarı isə dəymiş zərərə adekvat olmaqla həm də şəxsi ziyanı da əhatə edəcək. Belə ki evləri dağıdılmış və ya qəzalı vəziyyətə salınmış mülki əhali məişət əşyalarına görə 6000 manat və əlavə olaraq hər bir ailə üzvü şəxsi əşyalarına görə 1500 manat maddi yardım alacaq. Qismən ziyan dəymiş evlər üzrə isə ailə üzvlərin sayından asılı olmayaraq, hər bir ailəyə 1000 manat maddi yardım veriləcək. Növbəti mərhələdə isə, mülki əhaliyə, dövlətə və sahibkarlıq fəaliyyəti subyektlərinə məxsus dağıdılmış və ya qəzalı vəziyyətə salınmış, qismən ziyan dəymiş yaşayış və qeyri-yaşayış sahələrinin təmir-bərpası işlərinin, həmçinin nəqliyyat vasitələrinə, kənd təsərrüfatı məhsulları və texnikasına, o cümlədən əhaliyə məxsus tələf olmuş heyvanlar üzrə dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsinə başlanılacaq. Göründyü kimi zərəçəkmiş vətəndaşlarımıza dəyən ziyan ayrı-ayrı komponentəlr üzrə xüsusi diqqətlə qiymətləndirilib və bundan sonrakı mərhələdə də vəziyyətə uyğun olaraq növbəti addımlar atılacaq. Bütün bunlar bir daha Prezident İlham Əliyevin siyasətinin mərkəzində vətəndaşın mənafeyinin ən öndə olduğunun göstəricisidir”.

Əli Zülfüqaroğlu