“Ermənilər qondarma soyqırımla bağlı materiallar toplayırlar” Siyasət

“Ermənilər qondarma soyqırımla bağlı materiallar toplayırlar”

Qabil Hüseynli: "Türkiyə də bu məsələdə ermənilərə qarşı hücum siyasəti aparmalıdır""

"Bu gün ermənilərin məqsədi aparıcı dövlətlərin parlamentlərində qondarma soyqırımı qəbul etdirərək məsələni Haaqa məhkəməsinə çıxarmaq və Türkiyəyə qarşı soyqırım iddiası ilə təzminat davası açmaqdır". Bunu politoloq Qabil Hüseynli deyib. Politoloq bildirib ki, bu məqsədlə ermənilər qondarma soyqırımla bağlı materiallar toplayırlar: "Ermənilərin əlində bu an məhkəməyə çıxarıla biləcək heç bir əşyavi, audio, video dəlil yoxdur. Belə olan təqdirdə özlərinin çəkdiyi bədii filmlərdən müəyyən fraqmentləri fakt kimi onları müdafiə edən dövlətlərin müxtəlif qurumlarına təqdim edirlər". Q. Hüseynli deyib ki, Türkiyə ermənilər qarşısında acizlik nümayiş etdirmək kimi məsələlərdən imtina etməlidir: "Hesab edirəm ki, Türkiyə də bu məsələdə ermənilərə qarşı hücum siyasəti aparmalıdır". "Ermənilər iddia edir ki, qondarma soyqırım zamanı 1.5 milyon erməni qırılıb. Ancaq, hadisələrin cərəyan etdiyi ərazilərdə 900 min erməni yaşayıb. İkinci, soyqırımı o zaman soyqırım hesab edilir ki, onun haqqında məhkəmə hökmü olsun. Ermənilərin uydurduğu soyqırımla bağlı heç bir məhkəmə baxışı, müraciəti, iddiası yoxdur. Ən başlıcası isə ondan ibarətdir ki, ermənilərin özləri Türkiyə türklərinə və Azərbaycan türklərin qarşı böyük bir coğrafiyada – Qars, İğdır, Urmiya, Ərdəbil, Qərbi Azərbaycanda, Neftçaladan başlayaraq Qubaya qədər olan ərazidə soyqırım törədiblər. Onlar 2.5 milyondan çox Osmalı və Azərbaycan türkünü qətlə yetiriblər. Yəni əsl soyqırımı ermənilər həyata keçiriblər. Ona görə də soyqırım məsələsində ermənilərin özləri cavab verməlidir. Yəni, Türkiyə və Azərbaycan əks iddia qaldırmalıdır". Q. Hüseynli vurğulayıb.

Əli