“Azərbaycana fərdi yanaşmanı dərinləşdirmək lazımdır” Siyasət

“Azərbaycana fərdi yanaşmanı dərinləşdirmək lazımdır”

Latviyanın xarici işlər naziri: "Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"nı davam etdirməkdə maraqlı olması barədə aydın siqnal vermək lazımdır"

""Şərq Tərəfdaşlığı" ölkələrinə - Azərbaycan, Gürcüstan, Moldova və Ukraynaya fərdi yanaşmanı dərinləşdirmək lazımdır". APA-nın məlumatına görə, bu barədə Avropa İttifaqı Şurasına sədrlik edən Latviyanın xarici işlər naziri Edqar Renkeviç deyib.
O, eyni zamanda əməkdaşlığı vahid platformada davam etdirməyin vacibliyini qeyd edib: "Mayda Riqada keçiriləcək sammitdə Avropa İttifaqının "Şərq Tərəfdaşlığı"nı davam etdirməkdə maraqlı olması barədə aydın siqnal vermək lazımdır. Aİ ilə assosiativ sazişin həyata keçirilməsi ilə bağlı ilkin prosesi qiymətləndirmək və "Şərq Tərəfdaşlığı"nın gələcəkdə inkişafı üçün praktik təkliflər irəli sürmək lazımdır".
Nazirin sözlərinə görə, Latviya Aİ Şurasına sədrliyi dövründə "Şərq Tərəfdaşlığı" ölkələrində iqtisadi inkişafın dəstəklənməsində maraqlıdır.