Elmar Məmmədyarov ABŞ Dövlət katibinin müavini ilə görüşüb Siyasət

Elmar Məmmədyarov ABŞ Dövlət katibinin müavini ilə görüşüb

Xarici işlər naziri Elmar Məmmədyarov Türkiyənin Antalya şəhərində keçirilən NATO-nun Əfqanıstanda Qətiyyətli dəstək missiyasına töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclası çərçivəsində bir sıra görüşlər keçirib.
Elmar Məmmədyarov iclas çərçivəsində Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, Belçikanın xarici işlər və Avropa işləri üzrə naziri Didier Reynders, Norveçin xarici işlər naziri Borge Brende, Bolqarıstanın xarici işlər naziri Daniel Mitov, Slovakia xarici işlər naziri Miroslav Lajcak və Xorvatiyanın Baş nazirinin müavini və xarici işlər və Avropa məsələləri üzrə naziri Vesna Pusic ilə görüşərək, qarşılıqlı maraq doğuran məsələlər üzrə fikir mübadiləsi aparıb.
Həmçinin, ABŞ tərəfinin xahişi ilə nazir Elmar Məmmədyarov ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini Viktoria Nulandla görüşüb.