İranda daha bir azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb Güney Azərbaycan

İranda daha bir azərbaycanlı fəal zəmanətlə azadlığa buraxılıb

İranda daha bir azərbaycanlı fəal azadlığa buraxılıb.
APA-nın HRAZ-a istinadən verdiyi məlumata görə, Rüstəm Kazımpur aprelin 21-də ailəsinin qoyduğu mülk girovu qarşılığında Tehranın Evin həbsxanasının 209-cu bəndindən sərbəst buraxılıb.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Tehran şöbəsinin əməkdaşları R.Kazımpuru Mahmud Ocaqlu ilə birgə martın 9-da iş yerlərində həbs edərək naməlum yerə aparıblar. Azərbaycanlı fəalın evində axtarış aparılıb, ona məxsus noutbuku, bəzi şəxsi əşyaları müsadirə edilib. ETTELAAT-ın nəzarəti altında olan Tehranın Evin həbsxanasının 209-cu saxlanıldığı müddətdə R.Kazımpurun ağır fiziki və psixoloji işgəncələrə məruz qaldığı bildirilir.