Dənizli azərbaycanlılara söz verdi Video Güney Azərbaycan

Dənizli azərbaycanlılara söz verdi Video

Təbrizin "Traktor" futbol klubunun yeni baş məşqçisi Mustafa Dənizli komanda heyətinin təqdimetmə mərasimində azarkeşlərə müraciət edib. Türkiyəli məşhur mütəxəssis "Traktor"a baş məşqçi təyin edilməsində rolu olan hər kəsə təşəkkür edib. O, minlərlə azarkeşin iştirak etdiyi mərasimdə çempionluq sözü verib. "Arxamda dayanan bu heyətlə sizin arzunuzu həyata keçirəcəyik. Tezliklə stadionlarda görüşəcəyik. Sizə layiq bir klub yaradacağıq. İndi bir hədəfimiz var. O da sizin istəyinizi gerçəkləşdirməkdir. Nə istəyirsinizsə, onu da edəcəyik". Qeyd edək ki, Mustafa Dənizli bir qədər əvvəl "Traktor"a baş məşqçi təyin edilib. O, Türkiyənin "Beşiktaş", "Qalatasaray", "Fənərbaxça" klublarında çempionluq yaşayan yeganə məşqçidir.