Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
“Azərbaycan” qəzetinin səhifələrində  - 9-cu yazı

“Azərbaycan” qəzetinin səhifələrində  - 9-cu yazı Güney Azərbaycan

“Azərbaycan” qəzetinin səhifələrində  - 9-cu yazı

Təbrizdə Moskva dövlət sirkinin şərəfinə Baş nazir Pişəvəri tərəfindən verilən ziyafət barəsində

Bazar günü, 1946-cı ilin fevral ayının 3-də saat 20.30-da Baş nazirliyin imarətində Baş nazirimiz cənab Pişəvəri tərəfindən Təbrizdə tamaşalar verən Moskva dövlət sirkinin heyəti şərəfinə ziyafət verilib. Məclisdə nazirlər, Milli Məclisin rəyasət heyəti, Sovet İttifaqı ilə əlaqə saxlayan İran cəmiyyətinin Təbriz şöbəsinin idarə heyəti, Sovet mədəniyyət evi işiləri, mətbuat nümayəndələri iştirak etmişdilər.
Bu ziyafət çox səmimi və isti bir mühidtə keçib. Şam yeməyi zamanı Baş nazirimiz cənab Pişəvəri qısa bir nitqdə böyük rus və sovet xalqlarının incəsənət nümayəndəsi olan Moskva dövlət sirkinə təşəkkür edib. Baş nazirimizdən sonra general-leytenant Qlinski Azərbaycan və Sovet İttifaqı dostluğu, Azərbaycan xalqının milli-azadlıq uğrunda apardığı mübarizə və bu mübarizədə xalqımıza başçılıq edən Baş nazir cənab Pişəvərinin sağlığına qədəhini qaldırıb. Daha sonra Sovet mədəniyyət evinin nümayəndəsi cənab Şərifov və Moskva dövlət sirkinin rəisi Baykalov nitqlər söyləmişlər.
Məclis saat 12-də sona çatıb.
"Azərbaycan" qəzeti. Azərbaycan Demokrat Firqəsinin orqanı, Təbriz, say 118, 5 fevral 1946-cı il
***

Firqə konfranslarının müvəffəqiyyəti

Budur düşməni dizə çökdürmüş şanlı firqəmiz. Artıq heç bir qüvvədən çəkinmədən öz işlərini istiqamətləndirib gün-gündən parlayır və genişlənir. Əsas qələbədən sonra çağırılmış firqə konfransları firqəmizin gələck müvəffəqiyyətlərinin parlaq rəhnidir. 1946-cı ilin yanvar ayının 4-də saat 15-də Azərbaycan Demokrat Firqəsinin Təbriz şəhər komitəsi ikinci homə (rayon – red.) komitəsinin konfransı mərkəzi və şəhər komitəsinin möhtərəm nümayəndələri cənab Biriya, Vilayi, Fərəczadə və Qəmbərzadənin iştirakı ilə müvəffəqiyyətlə başa çatdırıldı.
Konfransda cənab Biriyanın, Vilayinin və Fərəcazadənin nitqləri dəfələrlə alqışlarla qarşılandı. Onların əhval-ruhiyyəni ucaladan sözləri firqə üzvlərini bir daha silahlandırıb yeni qələbələrə çağırdı. Konfransda iştirak edən firqəçilər də öz növbəsində mərkəzi və şəhər komitəsinin hörmətli nümayəndələrinə belə söz verdilər:
“Biz ikinci homənin firqəçiləri söz veririk ki, qanımızla yaratdığımız doğma Firqəmiz və Milli Hökumətimizin qərar və göstərişlərini qanımızın son damlasına qədər şərəflə icra edib Milli Hökumətimizi möhkəmləndirəcəyik. Ona görə də firqə və dövlətimizin sədr və rəhbəri cənab Pişəvərinin sözünü təkrar edib deyirik: Milli hökumətimizin yolunda ölmək var, dönmək yoxdur.”
Həmid Nikpur
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 118, 5.02.1946
***

Ana toprağım

Başına döndüyüm ana toprağım
Nə gözəl, şirindir dillərin sənin.
Getdi qara illər, bir də gəlməsin
Gözəl gəlsin ildən illərin sənin.

Açılıb millətin bağlı gözləri
Gülür ürəkləri, gülür üzləri.
Azad günə çıxardıbsan bizləri
Bayramdır bizlərə günlərin sənin.
Şükr, məramımız yetmişdir başa
Düşünüb can deyər qardaş qardaşa.
Fəhlələr, kəndlilər gəlirlər cuşa
Baxdıqca gözəldir halların sənin.

Cəvahirdir daşın, dürdür toprağın
Yer altında çoxdur qaynar bulağın.
Ceyranlı düzlərin, gözəl oylağın
Açıb lalə, nərgiz çöllərin sənin.

Azaddır qələmlər, azaddır dillər
Azaddır ölkəmiz, azaddır ellər
Azad cəh-cəh vurur şeyda bülbüllər
Açıbdı hər yanda güllərin sənin.

Heç vaxt sönməz həqiqətin ocağı
Şirin olar doğma ana qucağı.
İndi ölkəmizin hər bir bucağı
Azad nəfəs alır ellərin sənin.

Xoş gəlib ilimiz, açılıbdı yaz
Oxuyur bülbüllər zövq ilə avaz.
Cavan Hüseyn, al qələmin, durma yaz
Azaddır sözlərin ellərin sənin.

"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 118, 5.02.1946
***

Sağlam fikir sağlam bədəndədir
Dünyada baş verən böyük dəyişikliklər və hadisələr sübut edir ki, hər hansı millətin nümayəndələri sağlam və güclü olarsa, o millətin sarsılmaz iradə və qərarı da böyük mübarizələr qarşısında çətinliklərə üstün gələr!
Adətən təbiət qanunu zəifə ölüm, güclü ünsürə isə yaşayış qərarı verir. Bu quruluş dünyanı bir müharibə meydanına bənzədir. Canlı varlıqlar həyatda qalmalarından ötrü daima mübarizədədirlər!.... Mübarizədə zəfər güclü ilədir və hissiyatlı və imanlı ünsür də heç bir vaxt biabırçı məğlubiyyəti qəbul etməz....
Bu kimi ünsürlərdən toplanan kütlə həmişə dünyada öz şanlı tarixinə və millətinə güvənir, qəlbi vətən eşqi ilə dolu, izzət və iftixarla yaşamaq istəyir. Bu prinsipi nəzərə alan istismarçı dövlətlər millətləri zəiflədib onu istismar etməkdən ötrü cəmiyyət arasında tiryək, alkol və bu kimi qəbuledilməz, insanların mənəviyyatına və onların vətən qüruru hisslərinə zidd olan hər bir zərərli adətləri təşviq edir, milləti avaraçılığa və nəhayət, düşgünlüyə doğru sövq edirlər...
Çox təəssüflə etiraf etməliyik ki, mərkəzi hökumətin qərəzli niyyəti nəticəsində cəmiyyətimizdə olduğundan da artıq zəiflik və təhlükəli xəstəliklər əmələ gəlmişdir. Tərəqqi və səadət mərhələrinə çatmaqdan ötrü yeni dövrdə bu kimi bədbəxtlikləri ortadan qaldırmalı və kökünü kəsməliyik. Xalqımızı fəlakətdən xilas edib sağlam nəsil vücuda gətirməyə və gələcəymizə ümidvar olmalıyıq. İdman və bədən tərbiyəsinə geniş sahədə yer verməklə bərabər cavanlar arasında idman hərəkatına böyük həvəs oyandırmalıyıq. Bu isə tiryək, alkol və qəbuledilməz işlər qarşısında ciddi surətdə əməli mübarizə aparmaqdır. Qalibiyyət sağlam nəsil ilə ola bilər.
Ə. Xoi.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbriz, say 118, 5.02.1946
***

Fəthi Xoşginabi: Anamın dedikləri

Azərbaycandakı azalıq cərəyanı Tehran hökumətini gicəlləndirən kimi mənim mütərəqqi anamı da gicəlləndirib. Anam qeyrətli bir qadındır, bizim etdiyimiz belə bu cür əntiqə işlər onun xoşuna gəlməz. O gün yenə mənə deyinməyə başlayıb:
- O iradyol (“radio” mənasında işlənib – red.) deyirsiz, nə deyirsiz, ona qulaq asmaq başdan ayağa günahdır. Hələ ağızları yanmışlar deyirlər ki, kəndlərə iradyol çəkəcəyik, mağıl! Xalxın işi yoxdu, ömrünün axırında bu yollarım da belə-belə işləri görsün. Heç olmasa, Allahdan bir qorxun! Sabah axirət var, o dünya var, qəbr evi var.... Bircə biləsən, qəbrin əvvəl gecəsi nə çətinlikdədi. Allah yazığam ha. Sənsən atadan anadan mehriban xaliq....
Belə-belə işlər görürsünüz, Tehranın qəlbinə gələr, Siz Allah, necə qıyırsınız? Nə cür olsa, yenə də o ağalığa öyrəşib, axı belənçik sözlər pisdi. Dünyada böyük-kiçik olmasa, dünyanın nizamı pozular....
Deməli siz istəyirsiniz ki, yolları asfalt eləyib xalqı maşına mindirəsiniz, sən Allah, yığışdırın. Huşunuzu yığın başınıza, xalqı günaha batırmayın. Guya rəhmətlik Nəsrəddin Şah buraya gəlib-gedəndə maşına minərmiş? Allah qəni-qəni rəhmət eləsin. Elə gəlməmişdən bir ay, iki ay qabaq hay-küy düşərdi ki, şah gəlir. Kəndxudalar başlardı sursat yığmağa. Ondan sonra Müzəffərəddin şah da belə edərdi. Bircə Rza şah gələndə maşına minərdi. Rza şah da qəribə şah idi ha! Mazandaranı, Maşallah olsun, lap çıxmışdı özünə. Gör bir, adam qorxusundan hədərən-pədərən danışa bilərdi.
Xarici ölkələrin filosofları, professorları, ixtiraçıları varsa, bizim də şahımız var. Elə şahlarımız olub ki, gündə min dənə adamın başını kəsdirsəydi, gör, bir adam ləb (dodaq – red.) tərpədə bilərdi...
Amma siz deyirsiniz ki, mən nə bilim, Əsas Qanunu millətin iradəsi vücuda gətirib, şahın heç bir məsuliyyəti ola bilməz, qurban olun, o dörd il bundan qabaqkı halınıza. O başına döndüyüm Muxtar idi, nə idi, hamınızı salmışdı zindana. Rza şah eləyə bildiyini sizə eləyirdi...
Hə, yaxşı yadıma düşdü, götür Seyid Ziyaəddin ağaya mənim dilimcə bir kağız yaz:
- Əvvəl çox-çox salam-duam var, İnşallah ki, kefiniz qırx çillədi, kefin-əhvalın? Əlhəmdulillah, lap yaxşısınız da?
Mənim də əhvalımı soruşsan, niyə? Sən yoxlayanı ömrünə duaçıyam. Ancaq elə bir az fikirdəyəm. Qorxuram, biz deyənlər olmasın.
Ay ağa, cəddinə qurban olum, bəlkə bir cür eləyəsən ki, o başına döndüyüm Sədrül Əşrəf ağa yenə gələ iş başına. Allah onun kimi dədə-babalı ağaların kölgəsini mənim başımdan əskik eləməsin.... Bir də, ay əlinə dönüm ağa Tağızadənin. Ağa, sən Allah, sifariş elə ki, Təhlükəsizlik Şurası 5 milyon azərbaycanlının əl-ayağın bağlasın, versin Tehranın əlinə, ağa şəstinə dönüm ha!
Bilmirəm, ay ağa, ağa Tağızadə o cünub neftindən aldığı 60 lirədən sizə də verir, ya vermir? Hər şey cəhənnəm, bizim də bir adamımız olsun Londonda. Ancaq siz məəttəl-zad qalmayın.
Fələstindən heç kağaz-mağız gəlir? Mənim dilimcə də salam-dua yazın, görüm, oradakı yəhudilərə neyləyirsiniz, day....
Seyid Ziyaəddin ağa! Mənim bu həndəvərimdə işlər qatışıb. Elə qorxuram, sabah-biri gün lap yoldan çıxa. Mənim saqqalım yoxdur, sözüm keçmir. Sənin ki, Maşallah, saçın var, bir şey bu gədəyə yaz. Bəlkə belə-belə işlərindən əl götürsün. İnşallah, inşallah, yenə sonra əngə verəcəyik..... Mənim imzamı qoy, gətir şəhadət barmağımı da basım oraya. Ay başı küllü, sən demirsən ki, belə-belə işləri görürəm, sabah şah gəlib adamın boğazına qurğuşun tökdürər.
Odu, bax. Dalının arası yansın! Ağa Qəvvamüssəltənə teleqraf eləyib ki, teleqrafxanadan Təbrizdəki hadisələri ona yazsınlar...
Ay Qəvvamüssəltənə ağa! Sənin başına dönüm. Beləcə bunlar istəyirlər, Azərbaycanda xalqa fabrik açsınlar, iş versinlər, hələ pis-pis arvadlar da getsinlər kişilərlə bir fabrikdə işləsinlər. Canım sənə ərz eləsin, kəndlərdə məktəb qoyulsun, uşaqları dinsiz eləsinlər. Ərz eləyim qulluğuna, belə bəzi-bəzi yöndəmsiz işlər görsünlər. Hətta, kəndlərə iradyol çəksinlər, darülfünun (universitet – red.) açsınlar. Canım sənə ərz eləsin, sən de!... Zaddı... Hə, nə bilim, darülfünda xalq oxusun, həkim olsun, filosof olsun...
Tehran da artıq danışsa, curcusunu (“əziz canını” mənasında işlənmçişdir – red.) cırsınlar, oturtsunlar yerlərində..... İndi bizim işimiz elə qalıb ağa Tağızadəyə.
Amma elə bil ki, onun da məndən beş-betər əlindən bir iş gəlmir. Axı, bəlkə ona dedilər ki, sən belə vətənpərəstsən, bu 24 il harada idin? Xoruzun quyruğuna nə deyirsən?
Nə bilim! Mənim gözüm day Tehrandan su içmir.... Elə gecə-gündüz Nəna ağaya, Sədrüləşraf ağaya dua eləyirəm. Bu yerə dəymiş, gözlənilməz bəlaya gəlmiş oğlum da istəyir, məni tovlasın, aparsin iclasa. Amma mən də təndirə girən seyidlərdən deyiləm. Mən indi elə sizi gözləyirəm. Amma ha deyir yol ağa, Qəvvamüssəltənə ağa! Deyirsən ki, filankəs Təbrizin məsələsini mənə xəbər verdi ha! Mən o vaxt lap xataya qalaram. Məni bağışlayın, o kişinin dünəndən başı ağrıyır, gedirəm ona bir dua yazdıram, hələlik xudafiz.
"Azərbaycan" qəzeti. ADF orqanı, Təbiz, say 118, 5.02.1946

Əski əlifbadan transliterasiya və farsca məqalələri tərcümə edən: AMEA akad. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun "İran tarixi və iqtisadiyyatı" şöbəsinin elmi işçisi Saleh Dostəliyev, yazıları elmi redaktə edən, şərhlər verən, anlaşıqlı dildə təqdim edən eyniadlı institutun "Cənubi Azərbaycan" şöbəsinin elmi əməkdaşı Səməd Bayramzadə