Azərbaycanlı millət vəkili: Gənclər və İdmad naziri Azərbaycan millətindən üzr istəməlidir Güney Azərbaycan

Azərbaycanlı millət vəkili: Gənclər və İdmad naziri Azərbaycan millətindən üzr istəməlidir

Urmiyənin İran parlamentindəki millət vəkili keçən günlərdə Tehranda voleybol müsabiqəsi zamanı baş verən polis zorakılığını təqib etdiyini bildirib.
Nadir Qazipur bildirib ki, bu hadisənin əsas müqəssiri Voleybol Federasiyasıdır. Ona görə ki, oyunların sırası nəzərə alındıqda nəüçün Urmiyənin "Şəhrdari" komandası ilə Tehranın "Peykan" takımı Tehranda qarşılaşmalı idi?! Nəüçün 12 min nəfərlik stadion olduğu halda müsabiqə kiçik bir stadionda keçirilməli idi?! Mən bunun səbəbini Gənclər və idman (vərziş) nazirindən öyrənmək istəyirəm.
Millət vəkili həmin hadisə ilə əlaqədar Teleradio Şirkətini (səda və sima) də qınayıb: "Reportyorun (quzarişgər) yorumu və raport tərzi yaxşı deyildi və onun özü də bu hadisənin yaranmasında rol oynayıb. Teleradio Şirkəti bu məsələyə ciddi yanaşmalıdır."
Millət vəkili polis qüvvələrinin zorakı hərəkətini də kəskin qınayıb: "Polis qüvvələrinin zorakılığı bu hadisənin yaranmasında başqa bir amildir. Onlar müsabiqədən öncə və həm də oyun bitdikdən sonra gənclər və 10 yaşlı uşağı dəyənəklə (batum) döyüb və zorakılığa əl atıblar. Bizim ənənələrimiz və islam dini qonağa böyük əhəmiyyət verib, halbuki, urmiyəli voleybol tərəfdarlarını üzüqanlı şəkildə yola saldılar."
N.Qazipurun vurğulayıb ki, Hadisə ilə bağlı daxili işlər naziri, Gənclər və İdman naziri, Polis idarəsi, Tehran Valiliyi və Teleradio şirkətindən şikayətimiz var və Azərbaycan millətindən üzr istəməlidirlər.
Xatırladaq ki, martın 18-də (isfəndin 27-də) Tehranın azadı stadionunda bu şəhərin "Peykan" komandası ilə Urmiyənin "Şəhrdari" takımı arasında keçirilən voleybol müsabiqəsində "Şəhrdari" komandasının azərbaycanlı tərəfdarları polis qüvvələrinin amansız hücumuna məruz qalıb. Polisin bu vəhşiliyi Güney Azərbaycan mətbuatına və ölkə gündəminə bomba kimi düşdü və bütün azərbaycanlılarla yanaşı yerli məsulların da kəskin etirazına səbəb oldu. Bu xəbər beynəlxalq mətbuatın da diqqətini çəkdi.
Şahidlər bildirir ki, azərbaycanlı voleybol tamaşaçıları dinc şəkildə milli və demokratik hüquqların tələbi ilə bağlı şüar səsləbdirməkdən başqa heç bir qanunsuz hərəkət etməyib. Tamaşaçıların polis tərəfindən vəhşicəsinə döyülüb və yaralanmasının səbəbi hələ də bəlli deyil, lakin yerli azərbaycanlı məsullar bu məsələnin araşdırılıcağına söz veriblər.