İranda daha bir uşaq Türk adı verildiyi üçün kimliksiz qalıb Güney Azərbaycan

İranda daha bir uşaq Türk adı verildiyi üçün kimliksiz qalıb

Tehran və Kəleybərin pasport idarəsi Anarın doğumundan iki aydan çox keçməsinə baxmayaraq Anar adına doğum bəlgəsi verməkdən imtina edir.
Oyannewsun məlumatına görə, Anarın atası İlyas Nemətpur bir neçə aydı etdiyi cəhdlərə baxmayaraq, bu günədək oğluna doğum bəlgəsi əldə edə bəlməyib. Neməpurun dediyinə görə, məsullar doğum bəlgəsinin verilməməsinin nədənini bu adın anlamsız və yabancı olduğu ilə əlaqələndirirlər.
Nemətpur əlavə edib ki, Tehran pasport idarəsinə dəfələrlə müraciətimdən sonra doğum bəlgəsinin verilməməsi səbəbini Tehran yekililərinin ixtiyarında olmadığını bildirib, dosyanı Kəleybərə (doğulduğum şəhərə) göndərdilər. Təssüflə Kəleybər yetkililəri də Anar adına doğum bəlgəsi verməkdən imtina etdilər. Bu uşaq iki aydan artıqdır ki, bütün tibbi xidmətlərdən məhrumdur.
Xatirladaq ki, Anar 2015-ci ilin yanvar ayının 13-də Tehranda doğulub.
Anar kimlik ala bilməyən ilk uşaq deyil. 2014-cü ildə daha iki Azərbaycanlı öz uşaqlarına Türk adları qoyduqları üçün kimlik ala bilmirdilər.