Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_d/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_c/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_2/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_8/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_5/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_7/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_0/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_9/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_e/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_3/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_a/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_4/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_6/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_f/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642

Warning: opendir(/home/xalqcebhesiaz/cache/cache_b/): failed to open dir: Permission denied in /opt/php7/lib/php/Cache/Lite.php on line 642
Türkiyəni çökdürürlər

Türkiyəni çökdürürlər Dünya

Türkiyəni çökdürürlər

Qərb PKK-nı hazırlayır

Cavid

Hazırkı siyasi sabitsizlikdə bütün anti-türk qüvvələr Türkiyəni zəiflətməyə, hətta mümkün qədər çökdürməyə çalışırlar.
Bu sözləri açıqlamasında Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu deyib. Türkiyənin PKK və İŞİD-lə mövcud savaşı fonunda Qərbin hazırkı mövqeyini dəyərləndirən politoloq məsələyə fərqli aspektdən yanaşıb: "Türkiyə indiyə qədər İŞİD-lə ehtiyatlı davranırdı. Çünki Türkiyə terror təşkilatının güclü olduğunu və Türkiyənin iki həmsərhəd ölkəsində - İraq və Suriyada ərazilərin xeyli hissəsinə nəzarət etdiyini bilirdi. Məhz bu nöqteyi-nəzərdən də Türkiyə özünü hədəfə çevirmək istəmirdi. Lakin son partlayış Türkiyəni bütün spektr üzrə anti-terror əməliyyatlarına başlamağa məcbur etdi. Türkiyə Silahlı Qüvvələri ilk növbədə İŞİD-lə terror əməliyyatlarına başladı. Ancaq PKK bütün xətt üzrə ölkənin daxilində vəziyyəti gərginləşdirməyə başladı. Belə olan halda da Türkiyə anti-terror savaşını iki cəbhə üzrə aparmağa məcbur oldu".
Politoloqun sözlərinə görə, Qərb PKK-nı yaranmış mövcud vəziyyətdə İraq və Suriyada İŞİD-ə qarşı mübarizə apara biləcək azsaylı mütəşəkkil qüvvələrdən biri hesab edir:
"Türkiyə isə PKK-nın İŞİD-lə mübarizə adı altında silahlanmasından ehtiyatlanır. Şübhəsiz ki, bu baş verərsə, PKK silahları Türkiyəyə qarşı çevirə bilər. Əsas ziddiyyət də elə bundan ibarətdir. Əgər PKK-nı kimlərsə silahlandırırsa, ortada bunun çox ciddi əsasları olmalıdır. Çünki söhbət terrorçu təşkilatı silahlandırmaqdan gedir. Bu, beynəlxalq məhkəmə və beynəlxalq tribunalın predmetidir. Qərb İŞİD-i əsas terrorçu təşkilat sayaraq PKK-nı bu qüvvələrə qarşı mübarizə aparan əsas qurumlardan biri hesab edir. Türkiyə isə belə dəyərləndirməni qəbul etmir. Çünki bu gün İŞİD-lə döyüşən PKK Türkiyənin sabahı üçün bir təhdiddir".
Ə.Oruclu hazırda İŞİD və PKK arasında savaşın olmamasına da diqqət çəkib: "Türkiyənin PKK ilə döyüşdüyü bir dönəmdə NATO ölkələri - Almaniya, ABŞ və digərləri heç bir halda PKK-ya silah verə bilməz. Bu, yalnız Türkiyə ilə razılaşdırılmış formada və NATO-nun yüksək rəhbərliyində kollegial qaydada qərarla həyata keçirilə bilər. Əks təqdirdə bu, elə də asan məsələ deyil. Kobaninin işğalı təhlükəsi ərəfəsində PKK-ya silah verilən zaman Türkiyə də təşkilata yardım etdi. Hətta bununla bağlı Türkiyədə bir gərginlik yaşandı və oraya qoşun yeritməsi də tələb edildi. Bu yardımın etirafı onun bu gün də olması anlamına gəlmir. İndi isə situasiya dəyişib. Hazırda İŞİD-lə PKK arasında heç bir savaş yoxdur. Artıq hər iki qüvvə Türkiyəyə qarşıdır və faktiki olaraq tərəflər silahlarını bu ölkəyə qarşı tuşlayıblar".
Qeyd edək ki, ABŞ və bir müddət öncə PKK-ya silah verdiyini təkzib etməyən Almaniya "Patriot" raketdən müdafiə sistemlərini Türkiyədən çıxarırlar.
Türkiyə isə İsrail kəşfiyyatının PKK-ya "Stinger" raketləri verməsi və təşkilatın silahları əldə edənə qədər Qərbdən yardım istəməsi ilə bağlı gizli görüşünü deşifrə edib.