Tramp Putinin layihəsidir Dünya

Tramp Putinin layihəsidir

ABŞ kəşfiyyatının eks rəhbəri, ehtiyyatda olan general Maykl Hayden Almaniyanın "Bild" qəzetinə maraqlı açıqlamalar verib. Maykl Hayden hazırkı ABŞ prezidenti Donald Trampın Putinin proyekti olmasına işarə edib: "Ruslar ABŞ-dakı seçkilərə təsir edə bilib. Mən bir kəşfiyyatçı kimi bunu deyə bilərəm. Müdaxilə səsvermənin nəticələrinə yox, seçki kampaniyasına olub. Putinin istədiyi adam ABŞ-da prezident seçildi. Rusiya xüsusi xidmət orqanları burada böyük iş gördü. Mən daha bir faktı da açıqlamaq istəyirəm. Məhşur "Wikiliks" saytı da Rusiyanın proyektidir. O sayt vasitəsi ilə ABŞ və Qərb ölkələrinin gizli informasiyalarını ələ keçirən Rusiya kəşfiyyatı bu sayt vasitəsi ilə məlumatlar yayıb. Mən Almaniya xüsusi xidmət orqanlarına da buradan səslənirəm. Ola bilər ki, seçki ərəfəsində Almaniya ictimaiyyəti arasında çaşqınlığa səbəb olacaq məlumatlar dövriyyəyə buraxılsın. Buna görə də mən Almaniya ictimaiyyətini ehtiyatlı olmağa səsləyirəm".