Erməni əsilli nazir Poroşenkonu devirməyə hazırlaşır Dünya

Erməni əsilli nazir Poroşenkonu devirməyə hazırlaşır

Ukrayna Ali Radasının "Pyotr Poroşenko Bloku"ndan seçilən deputatı Sergey Leşenko bəyan edib ki, ölkənin erməni əsilli daxili işlər naziri Arsen Avakov hakimiyyəti güc yolu ilə ələ keçirmək istəyir.
Bunu deputat "ZİK" telekanalının efirində deyib.
"Arsen Avakovun komandası hakimiyyətin güc yolu ilə ələ keçirilməsi daxil olmaqla, istənilən ssenariyə hazırdır. Daxili işlər naziri baş nazir olmaq istəyir. Heç kimə sirr deyil ki, Avakovun icazəsi olmadan hökumət qərar qəbul etmir. Bundan əlavə, o, "Xalq cəbhə"sindən olan nazirlərə də nəzarət" edir", - deyə Leşenko bəyan edib.
Deputat əlavə edib ki, Avakovun ətrafında birbaşa addımlar atmağa hazır olan "kriminal qruplaşma" formalaşıb: "Bura televiziya və ya radioda hamı haqqında hər şeyi bilən Anton Qeraşenko daxildir. Şkiryak da həmçinin komandanın üzvüdür. Bundan əlavə Avakovun silahlı dəstələri var. Daha əvvəl məhbəs həyatı yaşayan İlya Kiva, Yevgeni Deydey də bu qrupdadır".
Leşenko vurğulayıb ki, Avakovun tərəfdarları arasında kriminal avtoritet Saşa Braslet, biznesmen və siyasətçi İqor Kotvitski də var.