Yasenyuk baş nazir postunda qalacaq Dünya

Yasenyuk baş nazir postunda qalacaq

Növbədənkənar prezident seçkilərinin qalibi Pyotr Poroşenko hökumətlə bağlı ilkin planlarını açıqlayıb.
O bildirib ki, hazırkı baş nazir Arseni Yasenyuk öz vəzifəsində qalacaq: "Beynəlxalq kreditorlarla, Beynəlxalq Valyuta Fondu ilə ölkəyə maliyyət yardımı cəlb etmək məqsədilə aparılan əməkdaşlıq ölkədə vəziyyətə müsbət təsir edib. Mənim Arseni Petroviçin fəaliyyətinə hər hansı iradım yoxdur və onu dəyişmək üçün səbəb də yoxdur".