Avropa Tramp-Putin görüşündən narahatdır Dünya

Avropa Tramp-Putin görüşündən narahatdır

"London ehtiyat edir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya lideri Vladimir Putinin mümkün razılaşmaları NATO-da böhran yarada bilər". Bu haqda "The Times" qəzeti yazıb. Qeyd edilir ki, Britaniya hökumətinin üzvləri qorxularını ifadə edirlər ki, Putin Trampı ABŞ-ın Avropa qarşısında hərbi sahə üzrə öz öhdəliklərinin həcmini azaltmağa inandıra bilər. Bildirilir ki, bu, Şimali Atlantika İttifaqı ölkələrinin müdafiə imkanlarını zəiflədəcək. Qəzet bildirir ki, məmurlar həmçinin onunla bağlı narahatlığını gizlətmirlər ki, Amerika lideri danışıqların nəticəsinə görə ittifaq çərçivəsində planlaşdırılmış hərbi təlimləri dəyişdirə və ya ləğv edə bilər. Bunun isə NATO-da böhrana gətirib çıxaracağı deyilir.
Nəşrin yazdığına görə, Böyük Britaniya hökuməti həmçinin narahatdır ki, ABŞ prezidenti Krımı Rusiyanın bir hissəsi kimi tanıya və sanksiyalarla bağlı siyasətini təkrar gözdən keçirə bilər. Moskvada bu günlərdə səfərdə olan ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Bolton ABŞ-ın sanksiyalarla bağlı mövqeyinin dəyişmədiyini bildirsə də, qəzetin hökumətdəki mənbələrindən biri sanksiyaların ləğvini istisna etməyib. Mənbə bildirib ki, Tramp Putinlə söhbətdə ABŞ-ın Milli Təhlükəsizlik Agentliyinin sabiq əməkdaşının Edvard Snoudenin vətəninə qayıdış məsələsini qaldıra bilər.
"Bu məsələ aramızda bağlı kanallar üzrə çoxdan müzakirə edilir. Deyə bilərəm ki, sammitin keçirilməsi, hətta onun vaxtı və yeri haqqında razılıq əldə olunub. Razılaşmanı amerikalı həmkarımızla birgə sabah elan edəcəyik", - o, jurnalistlərə deyib. Uşakov dəqiqləşdirib ki, görüş üçüncü ölkədə keçəcək.
Avstriyanın "Kronen Zeitung" qəzeti bildirib ki, mümkün sammitin keçirilmə yer Vyana ola bilər. Daha sonra məlumatlı mənbələrə istinadən "Politico" nəşri görüş yeri kimi Helsinkinin adını çəkib. Moskva və Vaşinqtonda bu informasiyaları hələ şərh etməyiblər. Xatırladaq ki, iyunun 27-də Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Moskva və Vaşinqtonun iki ölkənin liderlərinin görüşünün keçirilmə yeri və tarixini uyğunlaşdırdığını bildirib. Onun sözlərinə görə, təfərrüatlar iyulun 28-də elan ediləcək. Almaniyanın "Velt" qəzeti isə yazıb ki, Rusiya və ABŞ-ın Avropanın iştirakı olmadan razılaşma imzalaması Avropa üçün kabusa səbəb olacaq və NATO-nu zəiflədəcək.
"Vladimir Putinlə Donald Trampın görüşünün nəticəsi Vaşinqtonun NATO-nun şərqindəki hərbi təlimlərdən imtinası ilə nəticələnə bilər. Bunun qarşılığında Moskva Rusiyanın qərbindəki manevrlərdən imtina edər. Belə bir qərar NATO-nu zəiflədə və onun əsas prinsiplərini sual altında qoya bilər. Bunun nəticəsində Moskvanın hücum imkanları zəifləməyəcək. Avropa ölkələri arasında ABŞ-ın addımından narazı olanlar sırasına Polşa və Baltikyanı ölkələr rəhbərlik edəcək", - qəzet bildirib.
Onu da qeyd edək ki, ABŞ prezidenti Donald Tramp Ağ Evdə Vaşinqtonda səfərdə olan Portuqaliya prezidenti Marsel Rebel di Suzanı qəbul edib. Danışıqlardan sonra iki lider jurnalistlərin suallarını cavablandırıb. Birgə mətbuat konfransında Tramp Amerika-Portuqaliya münasibətlərinə yüksək qiymət verdiyini bildirib. Jurnalistlərlə söhbət zamanı Tramp həmçinin qarşıdan gələn ABŞ-Rusiya sammitinə toxunub. O deyib ki, Rusiya prezidenti Vladimir Putinlə zirvə görüşü çox güman Brüsseldə iylun 12-13 NATO sammitindən sonra Helsinkidə keçiriləcək. Tramp jurnalistlərə Putinlə danışıqlar zamanı Suriyada münaqişə və Ukraynada durumu müzakirə edəcəyini bildirib.
Bu gün bundan öncə Rusiya rəsmiləri Putin və Tramp arasında zirvə görüşünün üçüncü ölkədə keçirilməsinə dair razılığın əldə edildiyini bildiriblər. Bu açıqlama ABŞ-ın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Moskvada Putin və Rusiyanın yüksək səviyyəli rəsmiləri ilə danışıqlar apardığı vaxt verilib. Tramp və Putin arasında beynəlxalq sammitlər çərçivəsində iki görüş baş tutub. İki lider bir neçə dəfə telefon söhbəti aparıb.